Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

OPEC neftin ucuzlaşmasını dayandıra biləcəkmi?


Financial Times yazır ki, koronovirus epidemiyasına görə Çində bütöv şəhərlərin bağlanması və insanların hərəkətinə ciddi məhdudiyyətlər qoyulması səbəbi ilə bu ölkədə iqtisadi fəallıq yavaşıyıb və bu, neftə olan tələbatın azalmasına birbaşa təsir edib.

Neftə tələbatın nə qədər azalması hələ tam aydın deyil deyil, lakin Çinin enerji başçıları bildirirlər ki, fevral ayı üçün neft istehlakı bundan əvvəlki ilə müqayisədə 25 faiz aşağı ola bilər.

Bu, ümumilikdə qlobal istehlakın 3 faiz azalması deməkdir.

Lakin hələlik koronavirusun yayılmasının pik nöqtəsi çatmayıb və bunun yaratdığı qeyri müəyyənlik neft qiymətlərini ilin əvvəllərindən bəri 15 faiz salıb.

Hazırda Brent markasından olan neftin bir barreli 55 dollaradır, bu isə bir çox kiçik hasilatçılar üçün neftin mənfəətli olaraq qalmasını çətinləşdirir.

Neftə tələbatın azalması ilk növbədə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC təşkilatı üzvlərini və Rusiyanı təşvişə salıb.

Son günlər OPEC və Rusiya neftin qiymətini sabit saxlamağın yollarını müzakirə edirlər.

OPEC-in məşvərətçi orqanı hazırkı hasilat ixtisarını günə 600 min barrel dərinləşdirməklə ixtisarı bütövlükdə 2020-ci ilin birinci yarısı üçün günə 2.7 milyon barrelə çatdırmağı tövsiyə edib.

Lakin ekspertlər bütün bu tədbilərin neft qiymətlərini sabitləşdirəcəyinə şübhə ilə baxırlar.

PVM firmasından Stephen Brennock deyib ki, “nikbinlik üçün səbəb tapmaq çətindir”.

O bildirib ki, neftin qiyməti koronavirusun yayılmasından əvvəl də sabit deyildi və düşməkdə idi.

Ekspertin fikrincə buna görə də ixtisarın artırılmasının işə yarayacağını indidən demək çətindir.

Məhz bu səbədən Moskva hasilatın ixtisarı barədə son tövsiyələrə həvəssiz yanışır.

OPEC-in məşvərətçi orqanı bütün bunları nəzərə alaraq günə 600 min barrel əlavə hasilat ixtisarını bütün 2020-ci il boyu saxlamağı məsləhət görür.

Bütün ümidlər koronavirusun səngiməsinə və Çində iqtisadi fəallığın artmasınadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG