Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 20:24

OPEC indi Putinə möhtacdır və neft ucuzlaşır


Neft ixrac edən ölkələrin OPEC təşkilatının neftin qiymətini qaldrımaq məqsədilə hasilatı azaltmağa dair danışıqları hələlik nəticəsiz qalır.

Bloomberg yazır ki, bunun bir səbəbi də Rusiyanın hasilatı Səudiyyə Ərəbistanının istədiyi qədər ixtisar etməkdən imtinası olub.

OPEC bir daha dekabrın 7-də toplaşmalıdır, lakin Səudiyyənin enerji naziri Khalid Al-Falih deyib ki, o razılaşmanın əldə ediləcəyinə ümidlə baxmır.

OPEC-in iclasında hasilatın kollektiv şəkildə gündə 1 milyon barrel azaldılması təklifi qoyulmuşdu.

Əl-Falih deyib ki, “heç də hamı bərabər həcmdə ixtisara hazır deyil, Rusiya hasilatın əməiyyətli həcmdə azaldılmasına hazır deyil”.

Bloomberg yazır ki, Vyanada razılığın əldə edilməməsi OPEC-in qlobal neft xəritəsini dəyişən qüvvələrin təzyiqi altında olduğunu nümayiş etdirir. Bunu həm də OPEC-in OPEC üzvü olmayan Rusiyanın qərarından nə qədər asılı olduğu göstərib. Üstəlik bu arada ABŞ hökuməti Birləşmiş Ştatların son 75 ildə ən böyük neft ixracatçısına çevrildiyini elan edib.

OPEC-in iclasında ortaq məxrəcin əldə olunmaması neft bazarlarına dərhal təsir göstərib. Brent markasından olan neftin bir barreli London birjasında 5, 2 faiz ucuzlaşaraq 58 dollara düşüb.

Bloomberg xəbər verir ki, Rusiyanın energetika naziri Alexander Novak prezident Putinlə görüşmək üçün təcili Sankt Peterburqa uçub. Əgər o Putindən hasilatın əhəmiyyətli dərəcədə ixtisarı üçün xeyir-dua ala bilsə, onda bəlkə də Səudiyyənin istədiyi qərar qəbul oluna bilər.

RS Energy Group konsaltinq qrupunun direktoruDerek Brower də diqqəti böyük qərarın Moskvadan asılı olmasına çəkir. O deyir ki, hazırda vəziyyəti çox böyük ƏGƏR sözü ilə ifadə etmək oalr.

Bloomberg yazır ki, neft qiymətlərinin düşməsi ələxüsus da Səudiyyə başda olmaqla müsəlman neft ixracatçılarını narahat edir. Onlardan bir çoxunun iqtisadiyyatı və büdcəsi neftin qiymətindən asılıdır. Digər tərəfdən bu ölkələr təklikdə böyük hasilat azaldılmasına getmək istəmirlər.

İş o yerə çatıb ki, OPEC daxilindəki bəzi söhbətlərə görə Səudiyyə Rusiyanın hasilatı hətta günə 300 min barrel azaltmasından məmnun olardı. Öz növbəsində Rusiya 150 min barreldən dərin ixtisara getmək istəmir.

Səudiyyənin neft naziri Al-Falih deyib ki, əgər danışıqların bütün tərəfləri hamılıqla hasilatın azaldılmasına razı olmasa, onda “hamının buna razı olacağı vaxtı gözləmək lazım gələcək”.

Bu arada ABŞ-ın bərpa olunmuş sanksiyaları altında olan İran heç bir hasilat ixtisarına getməyəcəyini bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG