Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

Azərbaycanda hasilat onsuz da azalacaqdı...


Neft daşları
Neft daşları

Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC-dən) sonra quruma üzv olmayan ölkələr də neft hasilatını azaltmağa razılaşıblar. Vyanada keçirilən görüşdə qeyri-OPEC ölkələri gündəlik neft hasilatını 558 min barrel azaltmaq qərarını verdilər. Görüşdə həmçinin, OPEC ölkələri gündəlik neft hasilatını 32.5 milyon barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bildiriblər.

Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barrel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb. Neftdən asılı ölkə kimi, bu qərar Azərbaycandan ötrü vacib idi. Ancaq əsas sual budur ki, neftin qiyməti Azərbaycana gərəkən qədər artacaqmı? Bir vacib məqam odur ki, onsuz da ölkədə neft hasilatı ilbəil azalır.

XƏZƏRYANIDA YALNIZ AZƏRBAYCAN HASİLATI AZALDACAQ

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban gələn ilin büdcəsində bu azalmaların əks olunduğunu bildirir. Yəni, ölkədə neft hasilatı, hökumətin proqnozuna görə, 1 milyon 510 min ton azalacaq. O əlavə edir ki, onsuz da Azərbaycanda hasilat azalacaqdı: «Xəzəryanı ölkələr içərisində 2017-ci ildə illik göstəricilərlə yalnız Azərbaycan neft hasilatını azaldacaq. Rusiyada, Qazaxıstanda, İranda və Türkmənistanda hasilat reallıqda artacaq».

Sibirdə neft buruqları.
Sibirdə neft buruqları.

İqtisadçı-ekspert Ülvi Əmrahsoy da gələn il Azərbaycanın hasilatı ortalama 1.5 milyon ton azaldacağını vurğulayır: «Bunun bazarlara bir müddət psixoloji təsiri olacaq. Neftin qiyməti bir müddət 55-60 dollar aralığında qalacaq».

«AZƏRBAYCAN OPEC-İN BU QƏRARINDAN YARARLANDI»

Ü.Əmrahsoyun fikrincə, Azərbaycan OPEC-in bu qərarından yararlandı: «Səudiyyə Ərəbistanının istədiyi vaxt hasilatı artırmaq imkanı var, Azərbaycanın isə yoxdur. Zatən, Azərbaycanda hasilat ilbəil azalır. BP-nin hesabatında 2018-ci ildən ciddi azalma olacağı deyilir».

Noyabrın 30-da OPEC neft hasilatının gündəlik 1.2 milyon barrel azaldılması qərarını verib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1.256 milyon barrel azaldır, Liviya və Nigeriyanın gündəlik hasilatı əvvəlki səviyyədə qalır, İran isə hasilatı 90 min barrel artırmaq imkanı əldə edir.

Qeyri-OPEC ölkələrindən gündəlik hasilatı Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya 35 min, Bəhreyn və Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya 4 min barrel azaldacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG