Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

Həbsdəki “OMON”- çuların səhhətinin pisləşdiyi deyilir


Qobustan həbsxanası
Qobustan həbsxanası

Qobustandakı qapalı cəzaçəkmə müəssisəsində saxlanan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD, rus dilində OMON ) ömürlük cəza alan üzvlərinin sağlıq durumunun pisləşdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna onların vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, ömürlük məhbuslardan Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun səhhəti yaxşı deyil:

“Səhhətləri yaxşı deyil. Xüsusilə Elçin Əmiraslanovun durumu çox pisdir. Mənə bildirdi ki, heç bir tibbi yardım göstərilmir. Müalicə müəssisəsinə köçürülmür. Ölümünə tərk edildiyini deyir”.

Vəkil Elçin Əmiraslanovun cəza çəkdiyi müddətdə hepatit c virusuna yoluxdurulduğunu qeyd edərək, Baş Prokurorluğun həmin işlə bağlı şikayətlərini qanunsuz olaraq araşdırmadığını bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, Baş Prokurorluqdan və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Xüsusi Təyinatlı Polis Dəstəsi – (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirdilər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub. 8 OMON əməkdaşı öldürülüb.

Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib.

Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Həmin şəxslər cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər.

Yerli məhkəmələr onların şikayətini mümkün saymadığından onların vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlayırlar.

Keçmiş OMON üzvlərindən bu 3 nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG