Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:54

ABŞ və Ermənistan Qarabağı müzakirə ediblər


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 2-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonu qəbul edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 2-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, görüşdə regional təhlükəsizlik və stabillik məsələləri müzakirə olunub.

Ermənistan XİN mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli tənzimlənməsinin zəruruliyini vurğulayıblar.

Bu mənada sentyabrda Nyu Yorkda keçirilmiş beştərəfli görüşün mühümlüyü bir daha qeyd olunub.

Həmin görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri iştirak etmişdilər.

Mirzoyan Azərbaycanın “təcavüzündən” söz açıb

Ermənistan XİN-in mətbuat xidməti bildirib ki, görüş zamanı habelə “Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzü” nəticəsində yaranmış humanitar vəziyyət müzakirə edilib.

Ararat Mirzoyan Azərbaycan tərəfinin əsirləri və bütün saxlanan şəxsləri qeyd-şərtsiz qaytarmasının, habelə Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni dini və mədəni-tarixi irsinin qorunmasının zəruriliyini bəyan edib.

Xəbərdə deyilir ki, Olson və Mirzoyan Amerika-Ermənistan münasibətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər qarşılıqlı dialoqun dinamikasından məmnunluq ifadə ediblər.

Mirzoyan və Olson iki ölkə arasında demokratiyanın inkişafı, qanunun aliliyi, insan haqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sferalarında əməkdaşlığım səmərəli inkişafından danışıblar.

Görüşdə ABŞ və Ermənistan arasında strateji dialoq və USAID proqramının Ermənistandakı proqramları müzakirə olunub.

Bu da xəbər verilir ki, ABŞ dövlət katibinin yenicə təyin edilmiş müavini Erika Olson regional əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Gürcüstana və Azərbaycana səfər edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG