Rusiyalı müxsalifətçi Aleksei Navalny-nın qardaşı Oleg Navalny iyunun 29-da azadlığa çıxıb.
O, Fransanın parfum şirkəti olan “İv Roşe” işinə görə 3 il yarım azadlıqdan məhrum edilmişdi.
AzadlıqRadiosunda olan məlumata görə, Həbsxanadan çıxarkən onu həyat yoldaşı Viktoriya, Aleksei Navalny və qardaşların yaratdıqları korrupsiya ilə mübarizə fondunun əməkdaşları qarşılayıblar.
Aleksey Navalnı bu ərəfədə özünün “İnstaqram” səhifəsində yazıb ki, Avropa İnsan Haqları Məhkəməsi Oleg Navalny-ya qarşı çıxarlımış hökmü qanunsuz , ümumilikdə işi isə qondarma sayıb.
Oleg Navalnı 2014-cü ilin dekabrında 3 il yarım həbsə məhkum edilib.
O, həmin vaxt “İv Roşe” şirkəti ilə bağladığı müqavilələrdə fırıldaq işlətməkdə təqsirli bilinib.
Qardaşı, müxalifət fəalı Aleksei Navalnı isə həmin işlə bağlı 3 il yarım şərti cəza alıb.
Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ilin oktyabrında qardaşlara kəsilmiş hökmün qanunsuz olması barədə qərar çıxarsa da Rusiyanın ali məhkəməsi apreldə hökmü qüvvədə saxlayıb.
Qardaşlar ittihamları rədd edirlər.
Müxalifət fəalı Aleksei Navalny prezident Vladimir Putin və onun yaxın ətrafının sərt tənqidçisi kimi tanınır.