Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Oqtay Əsədov andiçmə mərasimində iştirak edib


Oktay Əsədov, oktyabr 2007
Oktay Əsədov, oktyabr 2007

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə, mərasimdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Əvvəlcə Gürcüstanın 4-cü prezidenti Georgi Marqvelaşvili vida görüşü edib.

Daha sonra yeni prezident Salome Zurabişvili tribunaya çıxıb.

Gürcüstanın yeni prezidenti əlini konstitusiyasının üzərinə qoyaraq xalqa sədaqətlə xidmət edəcəyinə, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.

Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib

Xatırlatma

Bu il noyabrın 28-də Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib. Bu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə, hakim siyasi qüvvənin namizədi S.Zurabişvili seçkini udub.

Müxalifətçi Qriqol Vaşadzenin isə seçkini uduzub.

Beləliklə, S.Zurabişvili Qafqazda ilk xanım prezident olub.

XS
SM
MD
LG