Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:16

Oksford Lüğəti tatar dilini özünün qlobal internet siyahısına daxil edib


Kazan məktəblərindən birində tatar dili dərsi
Kazan məktəblərindən birində tatar dili dərsi

Oxford Global Languages (OGL) adı ilə tanınan Oksford Lüğət təşəbbüsü tatar dilini özünün internet siyahısına daxil edib. Beləliklə tatar dili bu siyahıya daxil edilmiş ilk türk dili olub.

İnternet-lüğət söz və ifadələri tatar dilindən ingilis dilinə və əksinə dərhal tərcümə edə bilir.

Oksford Lüğət təşəbbüsünün direktoru Judy Pearsall yanvarın 31-də yayılmış mətbuat xülasəsində bildirir ki, tatar dili özünün kökləri ilə orta əsrlərə və ondan da qədimə gedib çıxan zəngin dillərdən biridir.

Pearsall bildirir ki, tatardilli insanların ruh və biliklərinin Oxford Global Languages proqramı ilə bir araya gətirilməsi bu dildə danışan icmaların çiçəklənməsinə xidmət edəcək.

Kazan Dövlət Universiteti Lev Tolstoy adına Filologiya İnstitutunun professoru Golshat R. Safiullina deyib ki, bu təşəbbüs tatar mədəniyyət və dilini bütün dünyaya açacaq.

2015-ci ilin sentyabrından fəaliyyətdə olan OGL Oxford Dictionaries qrupunun dünyanın 100-dən artıq dilinin leksikoqrafik və başqa resurslarını toplayan və onlara internet girişi verən qlobal təşkilatdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG