Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:17

İtkin düşən neftçilərin qardaşı AzadliqRadiosuna bunları deyir- [audio]


Qəza baş verən ərazi (15 dekabr 2016)

Dekabrın 15-də səhər saat 5-də Xəzərdə itkin düşən neftçilərdən – Azay və Güloğlan Zülfüqarov iki qardaş olub. Hadisə «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın uçması nəticəsində baş verib.

Güloğlanın 52, Azayın isə 45 yaşı var, azı 20 ildir orada işləyirdilər. Bu haqda AzadlıqRadiosuna onların qardaşı Çingiz Zülfüqarov məlumat verib. Onun sözlərinə görə, qardaşlar 3 gün öncə işə gediblər, bu gün – dekabrın 15-də qayıdacaqlarmış:

«Ekologiya Nazirliyi bir neçə gün öncə sərt hava şəraiti haqda xəbərdarlıq vermişdi. Heç bir tədbir görülməyib. Ümumiyyətlə, bəlli olur ki, bu estakadaların istifadə müddəti çoxdan bitib, ora heç fəhlə buraxmaq olmazmış. Hamısı çürük-çürük dəmir parçaları idi. Yamaqla düzəlməz ki... Bu qədər insanı təhlükəyə atdılar. İndi də bizə ancaq deyirlər ki, axtarış aparırlar».

İtkin düşən neftçilərin qardaşı AzadliqRadiosuna bunları deyir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00


XS
SM
MD
LG