Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:32

Kəndlilər deyir, məşəqqət qarşıdakı aylardadır...


Yağışdan sonra kənd yolları (arxiv fotosu)

"Yolların təmirinə kifayət qədər pul ayrılıb. Ancaq hələ də bu yollarda uzunboğaz çəkmələrlə gəzib-dolaşırıq".

Bunu "Qaynar xətt"ə Oğuzun Qarabulaq sakini Sevdim Əzizov deyir. Onun sözlərinə görə, bir-birlərinin qonşuluğundakı Böyük Söyüdlü, Astarxanovka və Qarabulaq kəndlərinin küçələri son günlərin leysanlarından sonra xüsusilə keçilməz olub:

"Üç kəndə gedən əsas yol dağılıb. Yollarda nə asfalt üzlük var, nə də çınqıl... Yayı tozlu, payızı, qışı palçıqlı yollardır. Son günlərin yağışları palçığı dizə çıxarıb. Bu kənddən o kəndə keçə bilmirik. Uşaqlar məktəbə gedə bilmir. Övladlarım evdən çıxanda qurşağa kimi palçığa batırlar".

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

“HƏR İL EYNİ FACİƏLƏR”

Kəndlilər deyir, məşəqqət qarşıdakı aylardadır. Kəndlərdə yolsuzluqdan başqa, həm də qaz problemi var. Astarxanovka sakini İsmayıl Əliyev illərdir ki, kəndə qaz xətti çəkiləcəyi ümidi ilə yaşadıqlarını söyləyir:

"Havalar bir az da soyusun, ekologiya şöbəsinin işçiləri fağır kəndlini güdəcək, hardan bir ağac kəssək, gəlib cəriməylə yükləyəcəklər. Qaz yoxdur, odun qırma, heç olmasa üçüncü yolu da göstərsinlər, başımızın çarəsini edək. Yenə eşidəcəyik, filankəs evdən donmuş tapıldı, filankəsin əl-ayağı soyuqdan qurudu... Hər il eyni faciələr..."

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

Oğuz rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlərə gedən ümumi yolun dağılması ilə bağlı "Azəravtoyol" ASC-yə müraciət olunacaq. Mavi yanacağa gəlincə, Böyük Söyüdlü və Qarabulaq kəndlərinə qaz xətti çəkilib, ötən il kəndlərin mavi yanacaq problemi olmayıb. Yalnız Astarxanovka kəndində qaz xətti yoxdur. Yaxın illərin qaz layihəsində bu kənd də nəzərdə tutulub:

"Kəndiçi yollarla isə kənd bələdiyyələri məşğul olur. Sakinlər yerli bələdiyyələrə müraciət etməlidir".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG