Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 13:03

Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyəcək


Sinan Oğan
Sinan Oğan

Türkiyə prezident seçkisində üçüncü olmuş millətçi namizəd Sinan Oğan bəyan edib ki, bazar günü – mayın 28-də keçiriləcək ikinci turda prezident Rəcəb Tayyib Ərdoğana dəstək verəcək.

Politico yazır ki, bununla belə Oğanı birinci turda dəstəkləmiş elektoratın nə qədərinin Ərdoğanı dəstəkləyəcəyi məlum deyil.

Politico qeyd edir ki, əvvəllər az tanınan siyasətçi Oğan elektorat arasında antimiqrasiya hisslərinin yayılmasından fürsətlənərək birinci turda səslərin 5 faizindən çoxunu qazanıb.

Seçkidə elektoratın 89 faizinin iştirakına baxmayaraq nə Ərdoğan, nə də onun rəqibi, CHP sədri Kemal Kılıcdaroğlu birinci turda qalibiyyət verən 50 faizlik səddi aşa bilməyiblər.

Hazırda onlar Oğana səs vermiş 2.8 milyon seçici uğrunda mübarizə aparırlar.

Politico yazır ki, Oğanın dəstəyi Ərdoğanın qələbəsi üçün kifayət edə bilər.

Ata İttifaqının qərarı

Lakin mayın 14-dən bəri Oğanın “Ata İttifaqı” qrupunda ikinci turda səslərin kimə verilməsinə dair fikir ayrılığı yaranıb.

Bu qrupda partiya strukturu yoxdur və əslində Ata İttifaqı kiçik partiya və siyasi qrupların alyansıdır. Bu alyansa daxil Zafer Partiyasının sədri Ümit Özdağ deyib ki, o mövqeyini sabah, mayın 23-də bəyan edəcək.

Oğan deyib ki, Kılıcdaroğlunun alyansı “bizi ölkənin gələcək sabitliyindən əmin edə bilməyib”.

Oğanın bəyanatı onun ötən cümə günü Ərdoğan və Kılıcdaroğlu ilə görüşlərinin ardınca elan edilib.

Ərdoğan birinci turda Kılıcdaroğlundan 2.5 milyon çox səs toplayıb.

Lakin həm də kürdyönlü HDP partiyasına arxalanan Kılıcdaroğlu seçkidə hələ ki qərar verməyən və ya tərəddüd keçirən seçicilərin səslərinə sahib olacağına ümid bağlayır.

Türkiyə müxalifəti cavab verir: 'Kılıçdaroğlu və İlham Əliyev...'. #Izahla
Gözlə

No media source currently available

0:00 0:17:59 0:00

Oğanın dəstəyi təmənnasız deyil

Politico yazır ki, birinci turda səslərin 45 faizini qazanmış Kılıcdaroğlunun, 49 faizə sahib Ərfoğana üstün gəlməsi asan olmayacaq.

Kılıcdaroğlu bu məqsədlə artıq özünün antimiqrasiya ritorikasını çoxaldıb.

O mayın 22-də Türkiyəyə qanunsuz gəlmiş miqrantları hədəfləyən video nümayiş etdirib.

O həmin videoda deyir:

“Öz vətənini sevən hər kəs bu qeyri-qanuni miqrantlar qızlarımızı bədbəxt etmədən seçki qutularına yollanmalıdır”.

Kılıcdaroğlu ötən həftə bəyan etmişdi ki, Türkiyədəki bütün qaçqınları (BMT-nin məlumatına görə 3.6 milyon nəfər) evlərinə göndərəcək. O iddia etmişdi ki, Ərdoğan 10 milyon qaçqını bilərəkdən Türkiyəyə gətirib.

Politico saytının yazdığına görə bir vaxtlar Ərdoğanın müttəfiqi olan Millətçi Hərəkət Partiyasından (MHP) qovulmuş Oğan hər hansı namizədi təmənnasız dəstəkləməcəyini bildirib.

55 yaşlı Oğan The New York Times qəzetinə deyib ki, o yeni kabinetində ona mümkün olan ən yüksək vəzifəni verəcək namizədi dəstəkləyəcək.

Bununla belə Oğan həmin müsahibədə hər hansı vəd alıb-almadığını açıqlamayıb.

XS
SM
MD
LG