Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

Britaniyanın çoxməqsədli hərbi gəmisi Odessa limanına çatıb


Biritaniya gəmisi Odessa limanında
Biritaniya gəmisi Odessa limanında

Britaniya hərbi-dəniz donanmasının çoxməqsədli hidroqrafik gəmisi Odessa limanına çatıb.

Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson dekabrın 21-də gəmiyə baş çəkib.

O qeyd edib ki, gəminin Ukraynaya gəlməsi, “Rusiya prezidenti Vladimir Putin üçün güclü siqnal” olacaq.

Nazir qeyd edib ki, bu həmdə Rusiya ilə qarşıdurmada Ukraynaya dəstək deməkdir.

Uilyamson həmçinin qeyd edib ki, Qara dənizə, başqa Britaniya gəmiləri də gələcək və Britaniya gəmilərinin orda iştirakı daimi olacaq.

Hidroqrafik HMS Echo gəmisi Qara dənizə,Rusiyanın Ukraynanın 3 hərbi gəmisini tutmasından sonra-dekabrın əvvəllərində yola düşmüşdü.

Britaniyalı nazir həmin vaxt həbs olunmuş 24 Ukrayna hərbçisinin ailə üzvlərinə də baş çəkib.

Hazırda onların hamısı Moskvada həbsdədirlər.

ABŞ Dövlət Departamenti də elə həmin gün-dekabrın 21-də Ukraynanın hərbi dəniz donanmasına maliyyə yardımının 10 milyon dollar artırıldığını bəyan edib.

BBC-nin məlumatına görə,Britaniya gəmiləri Qara dənizdə ratasiya qaydası ilə bir-birlərini əvəz edəcəklər, amma praktiki Britaniyanın orda iştirakı daimi olacaq.

1936-cı ildə imzalanmış Montre konvensiyasına görə, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri orda 21 gündən artıq qala bilməzlər.

Qevin Uilyamson qeyd edib ki, bu bizim Odessa kimi limanlara girmək hüququmuzdan xəbər verir.”Bu Rusiyanın dənizi deyil,beynəlxalq dənizdir” nazir vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG