Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:18

Müştəri narkotikin pulunu terminalda ödədikdən sonra...


Ekstazi
Ekstazi

Sən demə, Bakıda narkotik maddə istifadəçilərinin bəziləri onun pulunu ödəmə terminalları vasitəsilə ödəyirlərmiş. Bu haqda Türkiyədən Azərbaycana psixotrop maddələr, narkotik vasitələr gətirib burada satmaqda suçlanaraq həbs olunan şəxslərin cinayət işində yazılıb. Söhbət Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının həbs etdiyi üç nəfərin - Ələkbər Məmmədov, Şəmistan MustafayevCəlal Qasımovun işindən gedir.

CM-nin 206 (qaçaqmalçılıq) və 234 (narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, satma) maddələri ilə ittiham olunan bu üç nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlar, əsasən, qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə hesab edilən MDMA həbləri (ekstazi) gətirib satmaqda günahlandırılır.

«Bizi ailəmizi gətirməklə hədələdilər»

Fevralın 19-da məhkəmədə təqsirləndirilən şəxslərin istintaqa ifadələri elan olunub. Ş.Mustafayevin ifadəsində yazılıb ki, onlar Ələkbərlə birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olublar. Bu məqsədlə Türkiyəyə gedərkən orada ekstazidən istifadə ediblər. Bundan sonra ekstazini Bakıya gətirib burada satmaq qərarına gəliblər.

Peşəvərdə həşiş məclisi
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Ş.Mustafayevin ifadəsində bildirilir ki, o, ekstazini 15 manata Ələkbərdən alıb, 20 manata müxtəlif adamlara satıb. Amma satdığı adamlarla üzbəüz görüşməyib. Müştəri pulu ödəmə terminalları vasitəsilə əvvəlcədən ona deyilən hesaba köçürüb, sonra ona ekstazinin hara qoyulduğu haqda məlumat verib. Müştəri deyilən yerdən gedib onu götürüb.

Ş.Mustafayevin istintaqa ifadəsində onun özünün də narkotik istifadəçisi olduğu göstərilib. Amma Ş.Mustafayev bu ifadədən imtina edib. O, məhkəmədə deyib ki, orada yazılanlar yalandır, təzyiq altında belə bir ifadəni imzalamağa məcbur olub: «Bizi ailəmizi gətirməklə hədələdilər, məcbur olub imzaladım».

Ş.Mustafayevin sözlərinə görə, o, heç kimə narkotik maddə satmayıb.

Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərdən ekstazi aldığını iddia edən başqa adamların ifadələri var. Onlar da ödəmə terminalları vasitəsiylə pul köçürüb, ekstazi aldıqlarını bildiriblər. Ş.Mustafayev bu məsələ ilə bağlı heç bir söz deməyib.

Digər təqsirləndirilən C.Qasımov da istintaqa ifadəsindən imtina edib. Bildirib ki, özü istifadə üçün ekstazi alsa da, kimsəyə satmayıb: «Müstəntiqə də demişdim ki, özüm üçün almışam. Götürüb belə yazıb».

Cinayət işinin materiallarına əsasən, ekstazinin qonşu ölkədən alınıb Azərbaycana gətirilməsində Türkiyə vətəndaşlarının da rolu olub. Həmin məsələlərin araşdırılması üçün başqa bir cinayət işi üzrə istintaq davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG