Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:57

Obama Rusiyaya atəşkəs xəbərdarlığı edib


Barack Obama ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından sonra, John Kerry və Ashton Carter-in iştirakilə brifinq keçirib
Barack Obama ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından sonra, John Kerry və Ashton Carter-in iştirakilə brifinq keçirib

ABŞ prezidenti prezident Assad-ın rejimini və onun əsas müttəfiqi Rusiyanı verdikləri vədlərə əməl etməyə çağırıb

ABŞ prezidenti Barack Obama bəyan edib ki, Suriyada atəşkəs bu ölkədə xaosa son qoyulmasının başlanğıcı olmalıdır.

Onun sözlərinə görə, bu o zaman mümkün ola bilər ki, prezident Assad-ın rejimi və onun əsas müttəfiqi Rusiya verdikləri vədlərə əməl etsinlər.

“Qarşıdan gələn günlər Suriya üçün taleyüklü olacaq və bu prosesi bütün dünya izləyəcək. Əgər daha geniş miqyasda baxılarsa, bu, bütün tərəflərin danışıqlara hazırlığını göstərəcək” – deyib Obama ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından sonra.

Fevralın 22-də ABŞ və Rusiya Suriyada hərbi əməliyyatların dayandırılmasının şərtləri və müddətləri barədə planı razılaşdırdıqlarını elan ediblər.

Fevralın 27-si, Dəməşqdə, gecəyarı

Razılaşmaya görə bütün hərbi əməliyyatlar fevralın 27-də, Dəməşq vaxtı ilə gecəyarı dayandırılmalıdır.

Bunun ardınca Suriyanın ana müxalifət koalisiyası iki həftəlik atəşəkəsə razı olduğunu bildirib.

Amma eyni zamanda Obama qeyd edib ki, atəşkəs heç də bütün əməliyyatların dayandırlması demək deyildir.

Onun sözlərinə görə, atəşkəs “İslam Dövləti”, “ən-Nüsra Cəbhəsi” və başqa ekstremist qruplaşmalaraşamil edilməyəcək.

Qarşıdan gələn günlər Suriya üçün taleyüklü olacaq və bu prosesi bütün dünya izləyəcək

Amerika prezidenti bir daha bəyan edib ki, Vaşinqton “İslam Dövləti” təşkilatı ilə heç bir sülh razılaşmasına getməyəcək və cihadçılar üzərinə hücum bütün cəbhələrdə davam etdiriləcək.

“Biz bu vəhşi terror təşkilatlını məhv edəcəyik, - deyib Obama, - İD xilafət yox, cinayətkar icmadır”.

Barack Obama bir daha vurğulayıb ki, Bashar al-Assad hakimiyyətdə qaldıqca Suriyada vətəndaş müharibəsi başa çatmayacaq.

Prezident izah edib ki, bu məsələdə ABŞ-la Rusiya, habelə İran və başqa regional güclər arasında ciddi fikir ayrılığı mövcuddur.

“Amma aydındır ki, rejimin öz xalqı ilə uzun illər davam edən vəhşi rəftarından sonra, Suriyada çoxları Assad getməyincə silahı yerə qoymayacaqlar” – deyib Obama.

XS
SM
MD
LG