Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:44

Obama silah lobbisinə meydan oxudu, kövrəldi...


ABŞ - Obama odlu silahla törədilən zorakılıqlardan danışarkən kövrəlir. 5 yanvar 2016
ABŞ - Obama odlu silahla törədilən zorakılıqlardan danışarkən kövrəlir. 5 yanvar 2016

-

ABŞ prezidenti Barack Obama ölkədə odlu silahla törədilən zorakılıqlara qarşı təkbaşına atacağı addımları elan edib.

Buraya silah satışı ilə məşğul olan bütün şəxslərin lisenziya alması daxildir. Əgər indiyəcən İnternet vasitəsilə, yaxud sərgilərdə bunu lisenziyasız etmək olurdusa, bundan sonra bütün "xəlvəti" yollar bağlanacaq.

Eyni zamanda silahın satıldığı adamın kimliyi yoxlanmalıdır. O cümlədən onun əvvəllər cinayət törədib-törətmədiyi, ailə zorakılığında suçlanmadığı, pisixi durumu və s.

Obama həm də psixi problemləri olan insanlara tibbi yardım üçün vəsaiti artırıb.

Bütün bunları prezident şəxsi təşəbbüsü olaraq, icra hakimiyyətinin başçısı kimi edir.

Səbəb də odur ki, parlamentdə silah lobbisi o qədər güclüdür ki, orada odlu silaha nəzarəti gücləndirməyi hədəfləyən istənilən qanun layihəsi "beşiyində boğulur".

Silah nəzarətinin gücləndirilməsinə etiraz edənlər isə bildirir ki, Amerika Konstitusiyası onlara özünü silahla qorumaq haqqı verir.

Amerikada hər il odlu silahdan açılan atəşlə 30 min insan ölür. Obama deyib ki, heç bir inkişaf etmiş ölkədə belə vəziyyət yoxdu. Heç buna yaxın vəziyyət də yoxdu.

Obama odlu silahla törədilən zorakılıqlardan danışarkən kövrəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG