Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:20

Obama Rusiyaya qarşı sanksiyaları uzatdı


ABŞ prezidenti Barack Obama 2014-cü ildə Krım və Ukrayna ilə əlaqədar Rusiyanın üzərinə qoyulmuş sanksiyaların müddətini daha bir il uzadıb.

Cənab Obamanın mətbuat üçün xülasəsində deyilir ki, “Rusiya Federasiyası Krımın ilhaqı və Ukraynada qüvvədən istifadə etməklə Birləşmiş Ştatların milli təhlükəsizliyinə qeyri-adi və fövqəladə təhlükə təşkil edir”.

2014-ci ildə Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın aparıcı iqtisadiyyat sektorlarını və mühüm siyasi fiqurlarını hədəfləyən cəzalandırıcı sanksiyalar qəbul edib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı Ukraynanın cənub-şərqində davam edən münaqişəyə və Krımın ilhaqına görə ittiham edirlər.

Moskva Ukraynanın daxili işlərinə qarışdığını danır, Krımın isə Rusiyaya orada keçirilmiş refernduma uyğun olaraq birləşdirildiyini iddia edir.

Belə görünür ki, bu addım ABŞ prezidenti seçilmiş Donald Trump-ın yanvarın 20-dən sonra bu sanksiyaları qaldırmasını çətinləşdirmək üçün atılıb.

Donald Trump dəfələrlə bildirib ki, o Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışacaq.

Lakin burası da var ki, Trump-ın yüksək vəzifələrə nominasiya etdiyi şəxslərin bir neçəsi sanksiyaları dəstəklədiklərini bildiriblər.

ABŞ-ın Rusiyaya qoyduğu sanksiyalar 2017-ci ilin martında başa çatmalı idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG