Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:19

Obama Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb


Obama

ABŞ prezidenti Barack Obama yanvarın 13-də Rusiyaya qarşı sanksiyaları daha bir il, 2018-ci ilin martına qədər uzadıb. Bu sanksiyalar Rusiyaya onun Krımı tutmasına və Ukraynaya qarşı aqressiv münasibətinə görə tətbiq edilir.

Bu, ölkənin yeni prezidenti Donald Trump-ın Obamadan sonra sanksiyaları geri çəkməsini çətinləşdirilməsi kimi qiymətləndirilir.

Trump Rusiya ilə münasibətləri yaxşılaşdırmağı istədiyini bildirmişdi.

Bu il martında müddəti bitməli olan sanksiyanın daha bir il uzadılmasını izah edənObama deyib ki, Ukraynaya qarşı zorakılığa yol vermiş, bununla “sülhü, stabilliyi, təhlükəsizliyi, suverenliyi və ərazi müstəqilliyini təhlükə altına almış”Rusiya hökuməti, digərləri və təşkilatlar sanksiyaların hədəfidir.

Barack Obama hesab edir ki, Ukraynaya təhlükə yaratmaqla Rusiya ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyini zərbə altına alır.

Avropa Birliyində də iyul ayında Rusiyaya qarşı sanksiyaların vaxtı bitir.İtaliya və bəzi AV ölkələri deyirlər ki, əgər Trump ABŞ-ın Rusiyaya qarşı siyasətini yumşaltsa, onlar da sanksiyalara son verilməsini istərdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG