Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 02:33

'Allah bizi qaynar müharibədən qorusun'


Hikmət Hacızadə

ABŞ prezidenti Barack Obama-nın gedərayaq atdığı addım, Rusiyanın 35 diplomatını ölkədən qovması Bakıdakı politoloqlar arasında birmənalı qarşılanmayıb. Bu addıma haqq qazandıran da var, bunun növbəti prezident Donald Trump-a bir mesaj olduğunu ehtimal edən də, hətta «gülünc» sayan da.

«TRUMP-A MESAJ GÖNDƏRİR Kİ...»

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyir ki, Obama-nın bu addımı niyə atdığı açıq göstərilib, «ruslar orda internet casusluğu ilə məşğul olublar, seçkilərə müdaxilə ediblər». Ona görə də, bu addımı müsbət dəyərləndirir. O, səslənən ittihamlar sübut olunubsa, gərəkən addımların atılmasının vacib olduğunu düşünür.

Hikmət Hacızadə: 'İki ölkə arasında Soyuq müharibə artıq başlayıb'
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

Buna da bax-Obama 35 Rusiya diplomatını ABŞ-dan qovdu

H.Hacızadə bundan sonra ABŞ-Rusiya münasibətlərinin daha da pisləşəcəyi haqda proqnozlar haqda deyir: «Əslində, iki ölkə arasında Soyuq müharibə artıq başlayıb. Rusiyanın Gürcüstana, Ukraynaya, Suriyaya müdaxiləsindən sonra Obama administrasiyası sanksiyalar tətbiq etdi, bir çox təşkilatlar Rusiyanın bu addımını pislədi, BMT onu «işğalçı» adlandırdı və s. Soyuq müharibə başlayıb, Allah bizi qaynar müharibədən qorusun».

Amma politoloq Barack Obama-nın artıq hakimiyyətdən getməsinə sayılı günlər qaldığını, bu səbəbdən yeni prezidentin siyasətini gözləmək lazım olduğunu qeyd edir. Bəs gedərayaq bu addımı atmaqda məqsəd nədir? Obama Donald Trump-a hansı mesajları verir?

«Ola bilsin, Trump-a mesajlar göndərir ki, biz bu işin təməlini qoyduq, baxaq görək sən neynirsən», – politoloq belə ehtimal edir.

H.Hacızadə yeni prezidentin Rusiya ilə razılaşma əldə etməyə çalışacağını düşünür, amma bunun baş tutacağına inanmır: «Rusiya mövqeyindən geri çəkilməsə, ancaq sanksiyalar götürülsə, bu, Trump-ın imicinə də, aparacağı siyasətə də böyük zərbə olacaq. Trump münasibətləri düzəltməyə çalışacaq, alınmasa, hər şey daha da sərtləşə bilər».

Rasim Ağayev
Rasim Ağayev

«ANCAQ TƏCRÜBƏSİZ, BAŞINI İTİRMİŞ XADİM BELƏ ŞEY EDƏ BİLƏRDİ»

Politoloq Rasim Ağayevsə Obama-nın son addımını gülüşlə, ironiya ilə qarşılayır, «Bunu ancaq Obama kimi təcrübəsiz, başını itirmiş xadim edə bilərdi» söyləyir. Hətta bu addımın ABŞ kimi ölkənin prezidentinə yaraşmadığını, onun Afrika prezidenti kimi davrandığını bildirir. Onun qənaətincə, Birləşmiş Ştatlar bununla Suriyada Rusiya əleyhinə apardığı siyasətin uğursuzluqla başa çatdığını göstərmiş oldu.

Rasim Ağayev: 'Bunu ancaq Obama kimi təcrübəsiz, başını itirmiş xadim edə bilərdi'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

«Birincisi, Rusiya Suriyada apardığı əməliyyatı ABŞ-la razılaşdırmışdı, razılaşma əsasında da bombardman etdilər. Hamı da bilirdi ki, Rusiya Suriyaya bağlıdır, oradan gedəsi deyil. Onun orda hərbi donanması var və s. Amma buna baxmayaraq, indi Vaşinqton Moskvadan inciyib. Hansı səbəbdən? O boyda Suriya darmadağın edilib, bunda Rusiyanın günahı varsa, Amerikanın da var. Bu münaqişəni diplomatik yolla da həll etmək olardı. Sən Amerika belə qüdrətli ölkəydinsə, Suriyanın parçalanmasının qarşısını almalıydın», – R.Ağayev deyir.

O ki qaldı Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə, R.Ağayev bunu gülünc sayır. «İndi Obama demək istəyir ki, mənim məğlubiyyətimdə Rusiya günahkardır? Sən Rusiyayla rəqibsən də. İndi oturub sayaq ki, kimin harada nə qədər agenti var, kimin nə qədər qurğuları var, kim kimi peyklə dinləyir? Hamı bunu qəbul edir, biri peyklə dinləyir, biri də kompyuterdən nəsə edir... Sən bunu bilməyib uduzmusansa, çox pis, deməli, kəşfiyyatın yoxdur, yox, bilib uduzmusansa, indi də hay-küy qaldırırsansa, bu biclikdir, səfehlikdir».

Politoloq Obama-nın hakimiyyətə gəlməsini demokratiyanın qüsuru sayır, o ümidvardır ki, yeni prezident Donald Trump-ın siyasəti daha real və hamının xeyrinə işləyəcək praqmatik siyasət olacaq.

Elxan Mehdiyev
Elxan Mehdiyev

«ABŞ-DA BİR QƏRAR ASANLIQLA QƏBUL EDİLƏ BİLSƏ DƏ, ONUN LƏĞVİ ÇƏTİN OLUR»

Başqa bir politoloq Elxan Mehdiyev ABŞ-Rusiya münasibətlərinin soyuyacağı haqda ehtimalları mübahisəli sayır.

«Obama-nın axırıncı addımını demokratların Rusiya prezidenti Putin-lə münasibətlərinin, ziddiyyətlərinin son ifadəsi kimi qiymətləndirmək olar. Onlar bilir ki, Trump gəldikdən sonra münasibətləri düzəltməyə çalışacaq, indidən ortaya əngəl qoymaqla işi çətinləşdirməyə çalışırlar», – politoloq bildirir.

O zaman Trump, vəd etdiyi kimi, Vaşinqton-Moskva münasibətlərində buzları əridə bilməyəcək? E.Mehdiyev deyir ki, Donald Trump-ın fikirləri «inqilabidir, qətiyyətli siyasətçidir, özünün vizionu, yolu var», amma...

Amma o bir məqama diqqət çəkir ki, ABŞ-da bir qərar asanlıqla qəbul edilə bilsə də, onun ləğvi çətin olur, Obama-nın addımı da ona yönəlib ki, münasibətlərdə daha çox maneələr yaradılsın.

İstənilən halda, nəyin niyə edildiyini, bu proqnozların hansının doğru olduğunu yaxın bir neçə ay göstərəcək.

XS
SM
MD
LG