Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 09:48

Obama Edward Snowden-i əfv edə bilər


Edward Snowden, 14 noyabr 2016

ABŞ prezidenti Barack Obama bildirib ki, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden Amerika məhkəməsi qarşısına çıxarsa, əfv edə bilər.

Obama Almaniyanın Spiegel jurnalına və ARD telekanalına müsahibəsində bildirib ki, Snowden-in məxfi proqramla bağlı açıqladığı detallara görə narahat olması üçün çoxlu əsası var. Onun fikrincə, məxfi izləmə Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür.

Edward Snowden 2013-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyinin vətəndaşların telefon danışıqlarını məhkəmə qərarı olmadan dinləməsi ilə bağlı məlumatları jurnalistlərə ötürəndən sonra ABŞ-dan qaçmağa məcbur olub.

Edward Snowden əvvəlcə Honk-Qonka, sonra isə Rusiyaya qaçıb, burda siyasi sığınacaq alıb. O vaxtdan da burda yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG