Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:35

"Obama Əliyevi tədbirə dəvət edib"


İlham Əliyev və Barak Obama, 2010

-

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “tvitter” səhifəsində belə yazıb.

N.Məmmədov 2015-ci il dekabrın 3-də ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə məktub göndərərək 2016-cı ildə 31 mart-1 aprel tarixində Vaşqinqtonda keçirilməsi nəzərdə tutulan İV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etdiyini bildirir.

N.Məmmədovun sözlərinə görə, B.Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji tullantıların qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir” - deyə ABŞ prezidenti məktubunda qeyd edir.

Konqresmen Ted Poe ABŞ-Azərbaycan əlaqələrindən danışır
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

XS
SM
MD
LG