Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 06:36

Nyu-Yorkda koronavirusdan ölənlərin sayında ilk azalma müşahidə olunub


ABŞ Milli Qvardiyasının hərbçisi, Nyu York 5 aprel 2020

Nyu Yorkun meri Andrew Cuomo şənbə günü keçirdiyi mətbuat konfransında koronavirusdan bir gündə ölənlərin sayının 540 nəfər olduğunu deyib. O, bunu son həftənin ən aşağı göstəricisi adlandırıb. Cümə günü xəstəxanalara koronavirusa yoluxmuş 2 min adam yerləşdirldiyini vurğulayan mer deyib ki, belə rəqəmlər virusun sürətlə yayılmasından əvvəl qeydə alınıb və bununla ştatın əsas mərhələni keçdiyini söyləmək olar.

Qubernatorun sözlərinə görə, həmçinin həkimlər də xəstəxanaların intensiv terepiya şöbələrinə aparılan və sünü nəfəs aparatlarına qoşulan xəstələrin sayının da azaldığını vurğulayırlar.

Şənbə gününə olan məlumata görə, ABŞ üzrə virusa yoluxanların sayı 715 mini keçib, pandemiya qurbanlarının sayı 39 minə yaxınlaşıb.

Associated Press agentliyinin məlumatına görə, bu arada Kanadanın baş naziri Justin Trudeau ABŞ-la əldə olunan razılığa görə, iki ölkə arasında sərhədlərin daha 30 gün bağlı qalacağı barədə razılığa gəldiklərini deyib.

XS
SM
MD
LG