Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Nyu Yorkda ‘terror aktı’ nəticəsində 8 nəfər həlak olub


Nyu York meri Bill de Blasio deyib ki, oktyabrın 31-də şəhərin Manhattan hissəsində kiçik yük avtomobilinin velosiped çığırına sürülməsi nəticəsində 8 nəfər həlak olub.

De Blasio deyib ki, “bu xain terror aktında” daha ona yaxın insan xəsarət alıb.

Onların xəsarətləri həyat üçün təhlükəli sayılmır.

Polis bildirir ki, Home Depot firmasından icarəyə götürülmüş maşın velosipedçilərin və piyadaların üstünə sürülüb. Maşın bundan sonra məktəb avtobusuna çırpılıb.

Bundan sonra 29 yaşlı sürücünün avtomobildən çıxaraq əlindəki saxta silahlarla ətrafdakıları hədələdiyi bildirilir.

Bu şəxs polisin açdığı atəşlə yaralanıb və həbs edilib. Onun kimliyi hələlik açıqlanmır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG