Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Nyu Yorkdakı partlayışın ‘terrora cəhd’ olduğu bildirilir


Nyu York şəhərinin meri Bill de Blasio dekabrın 11-də Times Square meydanında baş vermiş insidentin terror aktı olduğunu bəyan edib.

Burada bir nəfərin öz bədəninə bağladığı əldəqayırma bombanın partlaması nəticəsində şübhəlinin özü və daha üç nəfər xəsarət alıb.

Polis bildirib ki, hadisə yerli vaxtla səhər saat 7:30-da yeraltı keçiddə baş verib.

Polis rəisi James O'Neill də hadisəni terror aktına cəhd adlandırıb.

Şübhəli şəxs – 27 yaşlı Akayed Ullah hazırda xəstəxanada əllərindəki və qarnındakı yanıqlardan müalicə olunur. Bir polis nəfəri də daxil daha üç xəsarət alan şəxsin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə Ullah İslam Dövləti ekstremist təşkilatından təsirlənib, lakin qrupla birbaşa əlaqəsi olduğu düşünülmür.

Adlarının çəkilməsini istəməyən rəsmilər Ullahın Bruklində yaşadığını və ABŞ-a 7 il əvvəl Banqladeşdən gəldiyini bildiriblər.

Polisin qənaətinə görə bombanın partlayışı qeyri-ixtiyari baş verib və güclü olmayıb. Buna görə də şübhəlinin əsl məqsədinin nə olduğu bilinmir.

Ağ Ev deyib ki, baş verən insident “miqrasiya islahatlarına” ehtiyac olduğunu göstərib.

Ağ Evin sözçüsü Sarah Huckabee Sanders deyib ki, Konqres “ABŞ sərhədlərinin mühafizəsi” istiqamətində prezident Donald Trump-la birlikdə işləməlidir.

Bu hadisədən iki aydan da az əvvəl Özbəkistandan olan miqrant avtofurqonu adamların üstünə sürərək 8 nəfərin ölümünə səbəb olmuşdu. Bu akta görə məsuliyyəti öz üzərinə İD götürmüşdü.

XS
SM
MD
LG