Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Qazaxıstan Nur-Sultan və Almatı şəhərlərini bağlayır


Almatı şəhərində
Almatı şəhərində

Qazaxıstanın hakimiyyət orqanları bir gün ərzində koronavirusa yoluxanların sayı 2 dəfədən də çox artaraq 33-ə yüksəldikdən sonra paytaxt Nur-Sultan və Almatı şəhərlərində tam karantin tətbiq edib.

Səhiyyə Nazirliyi martın 17 verdiyi üç ayrı-ayrı bəyanatda bildirib ki, Nursultanda 18, Almatıda isə 15 nəfər COVID19 virusuna yoluxub.

Bu bəyanatların ardınca baş nazir Asqar Mamin fövqəladə vəziyyətlərin tətbiqinə cavabdeh prezident komissiyasının üzvlərini təcili qaydada toplayıb.

Prezident Qasym-Zhomart Toqaevin bir gün əvvəl elan etdiyi fövqəladə vəziyyət aprelin 15-dək davam etməlidir.

Bu müşavirədə qərara alınıb ki, iki şəhərin tam karantin rejiminə keçidi martın 19-dan başlansın.

Bu tədbirin planına görə sözü gedən iki şəhər sektorlara bölünəcək və virusun yayılmasının qarşısının alınması məqsədilə sektorlar arasında yoxlama-buraxılış postları qoyulacaq.

İki şəhərdəki bütün ticarət mərkəzlərinin və mağazaların bağlanması, yalnız baqqal dükanlarının və apteklərin açıq saxlanması nəzərdə tutulub.

Xüsusi yaradılmış internet saytında ərzaqın, dərmanların və başqa lazımı əşyaların çatdırılması məntəqləri göstərilib.

Ötən həftə prezident Toqaev martın 21-22-də keçirilməli olan Novruz şənliklərini və faşist Almaniyası üzərində qələbənin 75 illiyinə həsr edilmiş hərbi paradı ləğv edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG