Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:17

Nurəddin Xoca ‘dövlət əleyhinə çağırışa’ görə məhkəmə qarşısında


Nurəddin Xoca
Nurəddin Xoca

Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) mühakiməsi başlayıb.

"Teref.info" saytının baş redaktoru kimi, təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılan Nurəddin Xoca Gəncədə icra başçısının güllələnməsindən sonra baş verənlər, həmçinin Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı saytda gedən yazılara görə ittiham olunur.

Ona qarşı CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, lakin o həbs olunmayıb, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Nurəddin Xocanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fevralın 11-də məhkəmənin hazırlıq iclasında vəkili Elçin Sadıqov deyib ki, cinayət işi başlanmasına əsas kimi götürülən yazılar başqa media orqanlarından, o cümlədən "Yeni Müsavat"dan götürülüb, istinadla yayılıb. Ona görə də Nurəddin Xoca başqa KİV-də getmiş və təkzib olunmayan yazıya görə məsuliyyət daşımır.

Vəkil onun haqqında cinayət işinə xitam verilməsini istəsə də, vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.

Nurəddin Xoca özünü təqsirli bilmir.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Jurnalistlər Anar Məmmədov və Mustfa Hacılı da hazırda oxşar maddələr üzrə mühakimə olunur.

İttihamlar təsdiqlənərsə, Nurəddin Xoca 8 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG