Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 17:23

Paytaxtın Nur-Sultan adı dəyişdiriləcəkmi?


Rəsmilər hazırda daha çox “Qazaxıstan paytaxtı” ifadəsindən istifadə edirlər

Qazaxıstan hökuməti rəsmi məlumatlarda ölkə paytaxtını Nur-Sultan yox, əvvəllər olduğu kimi Astana adlandırır.

Rusiyanın Dojd telekanalı xəbər verir ki, rəsmilər daha çox “Qazaxıstan paytaxtı” ifadəsindən istifadə edirlər.

Bununla belə paytaxtın adının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı rəsmi bəyanat olmayıb.

Orda.kz saytının verdiyi məlumata görə keçmiş prezident Nursultan Nazarbayev və onun ailə üzvləri ölkəni tərk ediblər.

Qazaxıstanın paytaxtı Astananın adı 2019-cu ildə dəyişdirilərək Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.

Ermənistanın Qazaxıstana əsgər göndərməsinə necə baxırsınız? Yerevanda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Təşəbbüsü elə Tokayev vermişdi

Yeri gəlmişkən o vaxt bu təşəbbüsü indiki prezident Kasım-Jomart Tokayev irəli sürmüşdü.

Həmin vaxt bir çox şəhərlərdə adamlar paytaxtın adının dəyişdirilməsinə etiraz etmişdilər. Hakimiyyət və polis həmin etirazlara sərt şəkildə reaksiya vermişdi.

Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən 2019-cu ilin martınadək başçılıq edib.

O 2015-ci növbədənkənar seçkidə 5-ci dəfə prezident seçilmişdi və rəsmi məlumata görə ona 98 faiz səs verilmişdi.

Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Bu, ona prezident postundan istefadan sonra da faktiki hakimiyyətini saxlamaq imkanı verirdi.

Qazaxıstanda Nazarbayevin şəxsiyyətinə pərəstiş təbliğ olunurdu. O özünə Elbası – “millət lideri” titulunu götürmüşdü.

XS
SM
MD
LG