Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 12:21

Rusiyanın “axirət silahı” bu imiş?


Rusiya yeni dronları köhnə qayıqlardan atacaq?
Rusiya yeni dronları köhnə qayıqlardan atacaq?

İki il bundan əvvəl Qərb kəşfiyyatları və hərbi ekspertləri Rusiyanın yeni gizli silahı barədə baş sındırırdılar. Bu qəribə silah Rusiya dövlət televizyasının müəmmalı reportajında sanki ani olaraq görünmüşdü.

Reportajda söhbət sualtı qayıqdan buraxıla bilən sualtı nüvə dronundan gedirdi. Yeni silahın izahını verən yazıda qeyd olunurdu ki, bu pilosuz silahlar düşmənə hücum edərək “uzun müddətdə və geniş ərazidə hərbi, iqtisadi və ya başqa fəaliyət üçün yararsız olan radioakiv zəhərlənmə zonası yarada bilir”.

2015-ci ilin noyabrında bu süjet televiziyada göstəriləndən sonra Kremlin sözçüsü materialın efirə səhvən verildiyini bildrimişdi. Bununla belə sözçü görüntüdəki silahın varlığını inkar etməyə çalışmırdı. Təhlilçilər bundan belə bir nəticəyə gəlmişdilər ki, Kreml silah barədə məlumatı bilərəkdən sızdırır.

Lakin indi ilk dəfə olaraq ABŞ kəşfiyyatı belə bir silahın yarasdılması planının mövcudluğunu təsdiq edə bilib və hazırda bu silaha necə reaksiya verilməli olduğu barədə müzakirələr aparılır.

Bunlar ABŞ-ın Nuclear Posture Review (NRP) deyilən hərbi sənədinin layihəsindən bəlli olub. Hər dörd ildən bir Müdafiə Nazirliyi tərəfindən tərtib edilən bu sənəddə ABŞ-ın hansı situasiyalarda nüvə silahına əl atacağı göstərilir.

Bu ayın əvvələrində HuffPost saytında dərc olunmuş 64 səhifəlik layihənin ilkin variant olduğu bildirilir. Bu isə o deməkdir ki, layihənin detalları Pentaqon və başqa milli təhlükəsizlik agentliklərində müzakirə olunacaq.

Sənədin Rusiyaya aid bölümündə söhbət Moskvanın nüvə arsenalını modernləşdirmək cəhdlərindən gedir.

Layihədə deyilir: "Rusiya ən azı iki yeni qitələrarası sistem üzərində işləyir. Bunlardan biri hipersonik pilosuz təyyarə, ikincisi isə yeni qitələrarası nüvə silahlı sualtı avtonom torpedodur”.

Belə baş düşmək olar ki, bu elə 2015-ci ildə “səhvən” efirə gemiş Status-6 sualtı dronudur.

Qərb təhlilçiləri bildirirlər ki, əgər belə bir silahdan ABŞ-ın Şərq sahilində isifadə olunarsa, ölkənin əsas şəhərləri insanın yaşaya bilməyəcəyi radioaktiv ərazilərə çevrilə bilər. Bəziləri bu xüsusiyyətinə görə bu dronu “axirət silahı” adlandırıblar.

NPR sənədi əsasında tərtib edilməli olan strategiya yanvar ayının sonlarınadək prezident Donald Trump tərəfindən imzalanmalıdır.

Vaşinqtondakı Donanma Analitik Mərkəzinin Rusiya hərbiyyəsi üzrə eksperti Dmitry Gorenburg deyib ki, bu silahın NPR sənədinə salınması Moskvanın onun barəsində niyyətlərinin təsdiq olunması deməkdir.

Ekspert AzadlqıRadiosuna bu barədə deyib: “Bu onların nəyinə lazımdır - sualına cavab bu ola bilər ki, bu bizim raketdən müdafiə sistemimizə, onun ikinci zərbə qabiliyyətinə cavabdır. Burada söhbət nüvə silahı olan ölkənin başqa bir nüvə silahlı ölkəyə hücumundan, cavab üçün kifayə qədər potensial saxlanmasından gedir. Bu bir növ qitələrarası ballistik raketlərə (QBR) bərabər bir şeydir”.

Gorenburgun fikirncə burada ruslar sanki ABŞ-ın nüvə strateqləqinə deyirlər: “Hey bura baxın, siz düşünürsünüzsə ki, bizim bütün QBR-ləri məhv edəcəksiniz, bizdə başqa şeylər də var”.

NPR sənədində sualtı və suüstü gəmilərdə yerləşdiriləcək iki yeni nüvə silahının yaradılması planları da var.

Bu sənəddə habelə “mini nüvə başlıqlı” raketlərin yaradılmasından söhbət gedir.

Silahlara nəzarət ekspertləri bildirirlər ki, daha kiçik başlıqlı silahlar nüvə toqquşmasını daha real edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG