Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Generalın oğluna xuliqanlığa görə 4 il 6 ay həbs


General Novruzəli Orucov
General Novruzəli Orucov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucova 4 il 6 ay həbs cəzası verildi.

Yanvarın 17-də Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyev bu haqda hökm çıxarıb.

Dostlar da həbs edildi

21 yaşlı R.Orucov Bakıda 85 saylı marşrut avtobusunun sürücüsü, 36 yaşlı Sənan Səmədovu döyməkdə təqsirləndirilir. Hadisə vaxtı R.Orucovun yanında olduğu iddia edilən dostları Kənan VəliyevPərviz Abbasovun hər biri isə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax: Övladına görə vəzifəsini itirən məmurlar

Generalın oğlu həbsdə olsa da, istintaq və məhkəmə dövrü üçün digər iki nəfərin barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi. Hökm oxunandan sonra onların hər ikisi məhkəmə zalında həbs olunub.

İttihama görə, R.Orucov bu hadisədən xeyli əvvəl sürücülük hüququndan məhrum olunub. Ona görə də sürücülük vəsiqəsi olmadan “BMW” markalı, 10-OG-300 dövlət nömrə-nişanlı avtomobili idarə edib. İyulun 3-də avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə onunla avtobus sürücüsü arasında mübahisə yaranıb. Orucov S.Səmədovun idarə etdiyi avtobusu 8 dayanacaq təqib edib, ona çatanda isə sərnişinlərin qarşısında sürücünü döyüb. İş materiallarında yazılıb ki, Orucovun dostları da bu prosesdə iştirak edib.

Buna da bax: Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham verilib.

Amma R.Orucov və dostları özlərini təqsirli bilmir. Generalın oğlu məhkəmədə deyib ki, sürücü onları təhqir edib.

R.Orucov 2014-cü ildə də piyadanın öldüyü yol qəzası törətməyə görə cinayət məsuliyyətinə cəlb olunub. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 4 il həbs cəzası verilib. 2016-cı ildə isə şərti cəza ilə əvəzlənib.

Sürücünün döyülməsi haqda videogörüntülər yayılandan sonra R.Orucov həbs olunub, atası N.Orucov isə vəzifədən azad edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG