Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Novruz Məmmədov baş nazir oldu [Video]


Yeni baş nazir Novruz Məmmədovun parlamentdəki çıxışı
Gözlə

No media source currently available

0:00 0:08:15 0:00

Yeni baş nazir Novruz Məmmədovun parlamentdəki çıxışı

Buna da bax: İlham Əliyev yeni nazirləri təyin etdi

Prezident İlham Əliyev Novruz Məmmədovun baş nazir postuna təsdiqi ilə bağlı aprelin 21-də sərəncam imzalayıb. Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat verilib.

Sərəncamda deyilir: " Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

​***

Zahid Oruc: “Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”

Prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc isə bildirib ki, Novruz Məmmədov dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

“O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”, o qeyd edib.

Səyavuş Novruzov yeni baş nazir haqda danışanda 'anti-milli qüvvələr' yada saldı
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

***

Cəmi Həsənli: “Bu İlham Əliyevin islahatlara gedəcəyinə ümid edənlərin...”

“Bu olduqca qeyri-ciddi təyiantdır. Hökumətinin dekorasiya olmasının təsdiqidir”.

Demokraitk Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bunu Azadlıq Radiosuna N.Məmmədovun baş nazir təyin edilməsi ilə bağıı şərhində bildirib.

C.Həsənli hesab edir ki, bu təyinatın kökü bu il aprelin 11-də keçirilmiş prezident seçkilərindədir:

“Elə seçkilərin belə də təyinatı olmalı idi”.

C.Həsənli vurğulayır ki, bu İlham Əliyevin islahatlara gedəcəyinə ümid edənlərin nə dərəcədə yanıldığının gösətricisidir.

***

N.Cəfərli: “Bu Nazirlər Kabinetinin ləğvi mərhələsidir”

“Əslinə qalsa, maraqlı və gözlənilməz addımdır”.

REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli bunu Novruz Məmmədovun baş nazir təyin olunması xəbərini şərh edərkən deyib.

N.Cəfərli hesab edir ki, dövlət başçısı bu təyinatı hakimiyyətədki qrupların maraqlarını nəzərə alaraq gerçıkləşdirib.

Onun fikrincə, bu mənada indiki baş naziri “kompromis baş nazir” də adlandırmaq olar:

“Əks halda iddialı, güclü bir fiqurun ortaya çıxması bu qruplardan hansınınsa hakimiyyətə nəzarət baxımından irəli çıxması demək olardı. Bu mənada, görünür, N.Məmmədov bütün qrupları qane edən fiqurdur”.

N.Cəfərli düşünür ki, bu həmdə ölkədə vitse-preidentlik institutunun işə salınasında bir keçid mərhələdir:

“Bu mərhələdə Nazirlər Kabinetinin səlahiyyətləti get-gedə daralacaq, nəticə etibarilə bir institut olaraq onun ləğvinə səbəb olacaq”.

20016-ci ildə ölkə Konstitusiyasına dəyişiklik edilib. Bu dəyişiklikdən sonra artıq, ölkədə ikinci şəxs baş nazir yox, birinci vitse prezidentdir.

Birinci vitse prezident vəzifəsini prezidentin xanımı, Mehriban Əliyeva tutur.

***

Z.Əlizadə: “Prezidentin arxasından iş çevirməsin. ”

“Bu təyinat İlham Əliyevin atası Heydər Əliyevin vəsiyyətini dəqiq yerinə yetirməsini göstərir”.

Politoloq Zərdüşt Əlizadə bunu Azadlıq Radiosuna Novruz Məmmədovun baş nazir təyin olunası ilə bağlı bildirib.

Z.Əlizadə bu təyinatı belə izah edib:

“Baş nazir postuna elə adam təyin olunmalıdır ki, prezidentin arxasından iş çevirməsin. Bu mənada itaətkar, iddiasız olsun. Bu itaətkarlığı bundan əvvəlki baş nazir Arur Rasi-zadənin baş nazirlik dövründə gördük...”

***

A.Hacılı: “Baş nazirin hansı səlahiyyəti var ki?...”

“Baş nazirin hansı səlahiyyəti var ki?. Əslində inidiki hakimiyyətdə baş nazirin hər hansı səlahiyyəti yoxdur “

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Azadlıq Radiosuna Novruz Məmmədovun baş nazir təyin olunması xəbərinə münasibət bildirərkən deyib.

A.Hacılı əlavə deyib ki, Azərbaycanda tək baş nazir yox, bütünlükdə Nazrilər Kabineti hər hansı səlahiyyətə malik deyil. Onun deməsinə görə, faktiki olaraq hökumətə də prezident başçılıq edir:
“Bu mənada N.Məmmədov kimi bacarıqsız, iddiasız bir şəxsin o posta təyin edilməsi də təəccüb doğurmur”.

***

Novruz Məmmədov kimdir?

Novruz İsmayıl oğlu Məmmədov 1947-ci il martın 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub.

O, 1970-ci ildə Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsini bitirib.

Novruz Məmmədov 1967-ci ildən 1981-ci ilə kimi xaricidə tərcüməçi işləyib.

Sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda çalışıb.

1997-ci ildə Prezident Administirasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2017-ci ilin iyunundan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

Evlidir, üç övladı var.

***

Baş nazir : “Daha çox işləmək lazım olacaq".

“Bu günə qədər ancaq çox danışırdımsa, yeni işimlə əlaqədar bundan sonra daha çox başqa formada işləməyə başlayacam. Yəni, daha çox işləmək lazım olacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir:

"Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.

Novruz Məmmədov ona etimad göstərildiyinə görə, prezidentə və Milli Məclisə təşəkkürünü bildirib.

O həmçinin islahatlardan danışıb:

"Vacib və ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq".

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır:

"Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib.

Mən çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".

Milli Məclis aprelin 21-də keçirilən iclasında Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərəd bildirilir ki, Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

***

Bu gün, aprelin 21-də Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb.

İclasda yeni baş nazirin seçilməsi gözlənir.

Bu vəzifəyə dövlət başçısı İlham Əliyev xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyini verib.

Prezident İlham Əliyev artıq, aprelin 21-də baş nazir əvəzi Artur Rasi-zadəyə xidmətlərinə görə, təşəkkür edib.

Azərbaycan Nazirlər Kabineti bu il aprelin 18-də istefaya gedib. Elə həmin gün prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Həmin qərarda vurğulanır ki, yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi elə Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə olunur.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolu qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də isə Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

Prezident aprelin 18-də and içib.

Bir sıra müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər. Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.

***

Prezident A.Rasi-zadəyə təşəkkür edib

Prezident İlham Əliyev aprelin 21-də baş nazir vəzifəsini icra edən Artur Rasi-zadəyə təşəkkür edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vurğulayıb ki, A.Rasi-zadə keçmiş prezident Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb.

Eyni zamanda, A.Rasi-zadə də fəaliyyətinə verilən qiymətə görə, dövlət başçısına minnətdarlıq edib.

Bu gün, aprelin 21-də Milli Məclisin plenar iclası olmalıdır. Orada yeni baş nazirin seçilməsi gözlənir.

Azərbaycan Nazirlər Kabineti bu il aprelin 18-də istefaya gedib. Elə həmin gün prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Həmin qərarda vurğulanır ki, yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi elə Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə olunur.

A.Rasi-zadə 1996-cı ildən Azərbaycanda baş nazir postunu tutub. Yalnız bir dönəm 2003-cü il prezident seçkisi öncəsi o, bu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılıb.Həmin il ABŞ-ın Klivlend şəhərində müalicə alan Heydər Əliyev avqustun 4-də oğlu, Azərbycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti İlham Əliyevi baş nazir təyin edib. Həmin il oktyabrın 15-də İlham Əliyev prezident seçkisində qələbə çaldıqdan sonra Artur Rasi-zadə yenidən baş nazir təyin edilib.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolu qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də isə Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

Prezident aprelin 18-də and içib.

Bir sıra müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər. Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG