Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

Baş nazir Astanaya gedib


Novruz Məmmədov
Novruz Məmmədov

Azərbaycanın baş naziri Novruz Məmmədov bu gün, noyabrın 1-də Astana şəhərinə yola düşüb.

Bu haqda Nazirlər Kabinetinin məlumatında bildirilir.

Məlumata görə, Novruz Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları şurasının növbəti iclasında iştirak edəcək.

İclas Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməlidir.

Noyabrın 2-də gerçəkləşməli olan toplantıda əsasən birlik daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair bir sıra məsələlərin müzakirəsi gözlənir.

Xatırlatma

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

XS
SM
MD
LG