"Cəbhədə təxribatlar törədilməsində Ermənistan rəhbərliyinin hansısa məqsədləri var".
Bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. (APA)
N.Məmmədov bildirb ki, Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin qorunması əsas şərt kimi irəli sürülsə də, Ermənistanın təxribatlar törətməsi hansısa məkrli planın bir hissəsidir.
Vyana və Sankt-Peterburq görüşüləri 2016-cı il 2-5 aprel döyülərindən sonra keçirilib. Vyana görüşü 2016-cı il mayın 16-da ATƏT-in Minsk qrupunun təşəbbüsü, Sankt-Peterburq görüşü iyunun 20-də Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə baş tutub.Hər iki görüşdə Azərbaycan və Ermənistan rəhbərliyinə atəşkəs rejiminə riayət etmək öhdəliyi xatırladılıb.
2017-ci il fevralın 24-də isə cəbhədə yeni döyşülər baş verib.