Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

İ.Əliyev: 'Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır'


İlham Əliyev
İlham Əliyev

«Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir».

AZƏRTAC-ın xəbərinə görə, martın 19-da Bakıda keçirilən Novruz bayramı şənliklərində çıxış edən prezident İlham Əliyev belə deyib.

Prezident Azərbaycanda xalq-iqtidar vəhdətinin mövcud olduğunu, bu vəhdətin sabitliyin əsas təminatçısı olduğunu bildirib.

«Bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir», - deyən ölkə başçısı Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Azərbaycanın iştirakçısı olduğu iri layihələrdən bəhs edib.

Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqdan danışan prezident qonşu Ermənistanın durumu ilə müqayisələr aparıb:

Münaqişənin həlli üçün nə qədər vaxt lazımdır?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

«Ermənistan xalqı çox ciddi fikirləşməlidir...»

«Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıb. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir… Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər».

İ.Əliyev vurğulayıb ki, bu ölkədə xalq bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur:​

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq».

Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

İ.Əliyev iqtisadi göstəricilərdən də bəhs edib. O, Azərbaycanın bayramı gözəl iqtisadi nəticələrlə qarşıladığını ifadə edib. Prezidentin deməsinə görə, son iki ayda ümumi daxili məhsul 1.3, qeyri-neft sektoru 2.3, sənaye istehsalı 1.4, kənd təsərrüfatı məhsullarının istehsalı 4, əhalinin gəlirləri isə 10.2 faiz artıb.

«İki ayda valyuta ehtiyatlarımız 2.1 milyard dollar artıb və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir», - deyən prezident vurğulayıb ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artdır. O, bu günlərdə Azərbaycanda maaşların, müavinətlərin 10 faiz artırılmasını xatırladıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG