Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Bayram oldu, heç bilmirəm neyləyim


Bakıda Novruz şənliyi, Bahar qız və Kosa, arxada səməni

Bakıda Novruz şənliyi, Bahar qız və Kosa, arxada səməni

Bu günlər baş nazir A.Rasizadə parlamentdə hökumətin hesabatını verərkən deyib ki, 2002-2015-ci illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 46.7 faizdən 4.9 faizə enib.

Onun deməsinə görə, 2015-ci ilə nisbətdə 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) real həcminin azalması və inflyasiyanın səviyyəsinin yüksəlməsi üzündən yoxsulluq səviyyəsi 1 faiz artıb.

Bəs görək Astara rayonunda yoxsul insanlar Novruz bayramına necə hazırlaşıb?

“Qızım ünvanlı dövlət sosial yardımı alır. İmkansız ailədir. Buna görə də bayram ərəfəsində ona ərzaq yardımı da ediblər. Konfet, qarabaşaq, günəbaxan yağı, quru çay, qənd, düyü, toyuq veriblər. Təxminən 20 manatlıq ərzaqdır. Əvvəllər yeni il bayramlarına görə, pul verirdilər. Keçən ildən pul əvəzinə ərzaq verirlər.”

Natiq Abilov, 19 mart 2017

Natiq Abilov, 19 mart 2017

Astara şəhər sakini Natiq Əbilovun sözlərinə görə,dövlət adından verilən bu yardımı müsbət qiymətləndirir. Lakin verilən ərzaq bayram süfrəsinə qoyulan nemətlərin heç yarısını etmir:

“Pulun verilməsi daha məqsədə uyğun idi.”

“Ünvanlı sosial yardım ala bilməyən minlərlə imkansız ailələr var”

Şəhərin digər sakini Elçin İbrahimlinin sözlərinə görə, adamlar ərzaq yardımını məcburən qəbul etməli olurlar:

“Bayramlarda ünvanlı sosial yardım alan imkansız ailələrə 50 manat pul verirdilər. 50 manata ürəyi nə istəyirdi alırdı. İndi ərzaq verirlər. Bayram süfrəsindən ötrü 100 manatdan yuxarı pul lazımdır. Ərzaq məhsulları bahadır. Fındıq, qoz, şabalıda yaxın durmaq olmur. Meyvələr də öz yerində. Ünvanlı sosial yardım ala bilməyən minlərlə imkansız ailələr var. Bəs onlar nə olsun? ”

Adının çəkilməsini istəməyən bir yerli sakinin deməsinə görə, ötən ilsosial yardım alanlara bayram ərəfəsində 2 ədəd toyuq veriblər. Bu il toyuqların biri azalıb:

“Başa düşmürəm ki, yardımı nədən ərzaq formasında verirlər. Deyilənə görə müharibə dövrlərində əhaliyə bu şəkildə ərzaq verirlərmiş. Biz hələ o vəziyyət də deyilik, axı...”

Elçin İbrahimli, 19 mart 2017

Elçin İbrahimli, 19 mart 2017

“Yardım yoxdur”

Astara rayon sakini Ülvi Kərimova da vəziyyətinin ağır olduğunu deyir. Ancaq ünvanlı dövlət sosial yardımı almır:

“Ailədə 5 nəfərik. İşləyənimiz yoxdur. İş olsa işləyərəm, iş yoxdur. Uşaqlarımın 3-ü də məktəblidir. Müraciət elədim ünvanlı sosial yardım almaqdan ötrü, müsbət cavab gəldi, məbləğ də müəyyənləşdirildi. 3 aydan sonra imtina məktubu gəldi. Yazdılar ki, adınızda payı bəlli torpaq var, onun haqqında məlumat yoxdur. Nə yardım? Yardım yoxdur.”

Astara rayon İcra Hakimiyyətindən bildirdilər ki, ərzaq yardımı ünvanlıdövlət sosial yardımı alan imkansız ailələrə verilir.

“Burda Qarabağ əlilləri, şəhid ailələri nəzərdə tutulmur. Yaradımı Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin Astara Dövlət Sosial Müdafiə Fondu həyata keçirdir. Biz onlara kömək edirik.”

Dövlət Sosial Müdafiə Fondun Astara rayon şöbəsinin müdiri Elburus Abbasov da ərzaq yardımların paylandığını bildirdi:

“Siyahı nazirlikdən elektorun poçtla gəlir. Həmin siyahı əsasında da ərzaq yardımı göstərilir. Rayonda 4300-dən çox imkansız ailəyə yardım edilib.”

Ərzağı isə “Azərsun Holdinq” MMC verir. Bu şirkət Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG