Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 18:51

Deputat: 'Bahalanmaya göz yummaq olmaz'


Vahid Əhmədov
Vahid Əhmədov

«Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmaz».

Bunu AzadlıqRadiosuna deputat, iqtisadçı Vahid Əhmədov bildirib.

V.Əhmədov vurğulayıb ki, artıq Azərbaycanda bayram öncəsi qiymət artımı «ənənə» halını alıb: «Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdır».

V.Əhmədov qeyd edib ki, xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir.

Deputat ətin bahalanmasına da toxunub: «Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalana bilməzdi».

Dükançı: 'Şəkərburaların heç yarısı da satılmayıb'
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

XS
SM
MD
LG