Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:26

Britaniya daha iki nəfərin 'Noviçok' maddəsi ilə zəhərləndiyini deyir


Britaniya kimyəvi silah ekspertləri Skripalların həyətində
Britaniya kimyəvi silah ekspertləri Skripalların həyətində

Britaniyanın antiterrorizm rəhbəri deyib ki, hazırda cənub-qərbi İngiltərənin Viltşir şəhər xəstəxanasında kritik vəziyyətdə olan iki nəfər, keçmiş Rusiya casusu Sergey Skripal-a kimyəvihücumda istifadə edilmiş Noviçok maddəsi ilə zəhərləniblər.

Hər ikisi Britaniya vətəndaşı olan kişi və qadın iyunun 30-da Eymzberi qəsəbəsindəki evlərdən birində huşsuz vəziyyətdə tapılıblar. Skripal və onun qızı Yulianın ötən martda zəhərləndiyi yer buradan 20 kilometr məsafədədir.

Skripal və qızı həftələrlə xəstəxanada müalicə olunduqdan sonra sağalıblar. Onlara edilmiş hücuma görə Britaniya Moskvanı ittiham edir. Bu ittihamdan sonra Moskva və Qərb arasında diplomatik böhran başlanmışdı.

London Vladimir Putinin hökumətini keçmiş casusu hərbi təyinatlı kimyəvi silahla öldürmək cəhdində ittiham edir. Bu hücumda istifadə olunmuş kimyəvi maddə Sovet İttifaqında istehsal edilirdi.

Britaniya bu hadisəyə reaksiya olaraq onlarca Rusiya diplomatını ölkədən qovmuş və bunun ardınca Londonun digər Qərb müttəfiqləri də Rusiya diplomatlarını ölkələrindən çıxarmışdılar.

Avropadan 100-dən çox, ABŞ-dan isə 60 rusiyalı diplomat qovulmuşdu.

Rusiya keçmiş casusa hücum etdiyini qətiyyətlə danır və Qərbin demarşına cavab olaraq onlarca diplomatı ölkədən çıxarıb.

Skripalın zəhərlənməsindən sonra London Kimyəvi Silahların Qarşısının Alınması Təşkilatının kimyəvi silahlara daha sərt qadağan və məhdudiyyət qoymasına nail olub.

Rusiya kimyəvi silahlara nəzarət edən bu beynəlxalq qurumun səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxaraq bunu “qanunsuz hərələt” adlandırmışdı.

Moskva bu təşkilatın yeni səlahiyyətlərini tanımayacağını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG