Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Azərbaycan İsveç, Norveç və Finlandiyadakı səfirini geri çağırıb.


Azərbaycan İsveç, Norveç və Finlandiyadakı səfirini geri çağırıb.

Prezident İlham Əliyev bu gün, noyabrın 11-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılır ki, Adış Məmmədov Azərbaycanın İsveç Krallığında, Norveç Krallığında, Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Sərəncamda səfirin geri çağırılmasının səbəbinə toxunulmur.

Xatırlatma

Norveç hökuməti ötən həftə Azərbaycandakı səfirliyini bağlayacağını açıqlayıb. Norveç Xarici İşlər Nazirliyindən (XİN) deyiblər ki, Azərbaycanla ölkələri arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.

Norveç, eyni zamanda, Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan Nazirliyin nümayəndəsi bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Norveç hökumətinin bu qərarına Azərbaycandan fərqli rəylər gəlib.

Azərbaycan XİN-in sözcüsü səfirliyin bağlanılmasına təəssüfləndiyini ifadə edib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə deyib ki, “bu sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.

XS
SM
MD
LG