Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:00

Rusiya Norveçə etiraz bildirib


Oslo məhkəməsinin giriş qapısı
Oslo məhkəməsinin giriş qapısı

Bir Rusiya vətəndaşı Oslo yaxınlığında casusluq şübhəlisi kimi həbs edildikdən sonra Norveçin Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Norveç hakimiyyət orqanları sentyabrın 23-də bildirib ki, Rusiya vətəndaşı sentyabrın 21-də Gardermoen hava limanında casusluq fəaliyyətində şübhəli kimi saxlanıb.

Norveç xəbər agentliyinin məlumatına görə sözü gedən rusiyalı Oslo sahə məhkəməsinin qərarı ilə sentyabrın 22-də saxlanaraq təcridxanaya yerləşdirilib.

Bu da xəbər verilir ki, o sübutları məhv edə bilərdi və buna görə də iki həftə həbsdə saxlanacaq.

Rusiyanın Xarici İşlər Nazirliyi sözü gedən şəxs üzərindən “cəfəng ittihamların dərhal götürülməsini” tələb edib.

Nazirlik həbs olunan şəxsin M. A. Bochkaryov olduğunu bildirir.

Norveç tərəfi bildirir ki, bu şəxs Norveç parlamentində rəqəmsallaşdırma seminarina gedəndən sonra casusluq fəaliyyəti ilə məşğul olduğu bəlli olub.

Rusiya XİN-in Facebook səhifəsində yazılmış postda bildirilir ki, həbs “cəfəng bəhanə” əsasında həyata keçirilib.

Norveçin baş naziri Erna Solberg deyib ki, bu məsələ siyasi mahiyyət daşımır və tamamilə polis təhqiqatına aid bir işdir.

XS
SM
MD
LG