Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:13

Nazir icazəsiz səfər etdiyinə görə istefa verib


Norveçin sağ təmayüllü balıqçılıq naziri Per Sandberg özünün İrana və Çinə səfərləri barədə hökumətə məlumat vermədiyinə görə sərt tənqid olunduqdan sonra avqustun 13-də istefa verib.

Sandberg baş nazirə məlumat vermədən iyulda İrana, mayda isə Çinə səfər etdiyi barədə məlumat vermədiyini etiraf edib.

Antimühacirət Tərəqqi Partiyasının sədr müavini, 58 yaşlı Sandberg həm də səfərlərinə 28 yaşlı sevgilisi, İran doğumlu Bahareh Letnes-lə birlikdə çıxdığına görə tənqid olunurdu. Letnes Norveçdə oturaqlığı 10 il əvvəl alıb.

Sandberg həm də iş telefonunu öz ilə xaricə apardığına görə tənqid edilib.

Norveçdəki mövcud qaydalara görə hökumət üzvləri hətta şəxsi səfərlərə çıxanda belə, istiqamətlərindən asılı olmayaraq baş naziri məlumatlandırmalıdırlar.

Norveç habelə iş telefonlarının ölkənin təhlükəsizlik sazişlərinin olmadığı xarici ölkələrə aparılmasını qadağan edir.

İrana səfərdən qayıtdıqdan sonra Sandberg-dən iş telefonunu daxili təhlükəsizlik xidmətinə təhvil verməsi tələb olunub. Burada telefona hər hansı müdaxilənin olub-olmadığı yoxlanacaq.

Norveç İranı Rusiya və Çinlə yanaşı casusluq baxımından təhlükəli ölkə hesab edir.

Sandberg hökumət protokollarını pozmasının səbəblərini açıqlamayıb.

XS
SM
MD
LG