Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Norveçdə kruiz gəmisindən sərnişinlərin evakuasiyası davam edir (Video)


 Viking Sky g'misi qəzaya uğrayıb. Norveç. Photo AFP / GETTY
Viking Sky g'misi qəzaya uğrayıb. Norveç. Photo AFP / GETTY

Norveç sahillərində “Viking Sky” kruiz gəmisindən sərnişinlərin evakuasiyası davam edir.

Fırtına nəticəsində hərəkətsiz qalan gəmi SOS-fəlakət siqnalı verib.

Gəmi, mühərrikləri dayanarkən sahildən bir neçə kilometr aralıda-hərəkət üçün ən təhlükəli yerlərdən birində imiş.

Gəmidə ümumilikdə 915 sərnişin və 450-dən çox heyət üzvü var.

Türistlərin əksəriyyəti ABŞ və Kanadadandır.

İnternetdə gəminin göyərtəsindən videogörüntü yayılıb.

Onu Tvitterdə sərnişinlərdən biri-yazıçı və LGBT fəalı Alexus Sheppard yayıb.

Görüntüdə gəminin yırğalandığı və içəridəki əşyaların ora-bura sürüşdüyü, tavanın dağıldığı görsənir.

Xilasedici əməliyyata vertolyotlar cəlb edilib. İndiyədək 300-dən çox sərnişinin evakuasiya olunduğu bildirilir. 16 nəfər müxtəlif xəsarətlərlə hospitala götürülüb.

“Viking Sky gəmisinə” qoşqu gəmisi yan alıb.

Son məlumata görə, gəminin 4 mühərrikindən 3-nü işə salmaq mümkün olub və hazırda gəmi yaxınlıqdakı limana doğru hərəkət edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG