Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:08

Norveç Rusiyanı kiberhücumda ittiham edir


Ine Eriksen Soereide
Ine Eriksen Soereide

Norveçin xarici işlər naziri Ine Eriksen Soereide oktyabrın 13-də deyib ki, ötən avqustda onun ölkəsinin parlamentinə qarşı keçirilmiş kiberhücumun arxasında Rusiya dayanır.

Moskva bu ittihamı “düşünülmüş təxribat” kimi rədd edib.

Norveç parlamenti sentyabrın 1-də bildirmişdi ki, bundan bir həftə əvvəl kiberhücuma məruz qalıb və bir neçə millət vəkili və parlament işçisinin elektron poçtlarına haker müdaxiləsi olub.

Ine Eriksen Soereide deyib ki, “əldə olan informasiyaya görə müdaxilənin arxasında Moskvanın dayandığını söyləmək olar”.

O deyib ki, Norveç Rusiya ilə “praqmatik münasibətlər” istəyir, amma özünün demokratik təsisatlarına qarşı bu sayaq hücumlara dözümlülük göstərə bilməz.

Lakin Rusiyanın Oslodoka səfirliyi ittihamları rədd edib və bildirib ki, Norveç hökumətindən bu ittihamlarla bağlı izahat gözləyir. Səfirliyin Facebook səhifəsindəki bəyanatda deyilir:

"Oktyabrın 13-də Norveç hakimiyyət orqanları Rusiyanı Şortinqə (Norveç parlamenti – red) “kiberhücumda” ittiham edib. Heç bir sübut təqdim olunmayıb. Biz ölkəmizə qarşı belə ittihamları qəbul edə bilmərik və bunu düşünülmüş təxribat hesab edirik. Bu bizim qarşılıqlı münasibətlərimizə ziyan vura bilər. Biz Norveç tərəfindən izahat gözləyirik”.

NATO üzvü olan Norveçin Rusiya ilə Arktika hövzəsində ortaq sərhədi var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG