Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Osladakı məsciddə törədilən atışma terror aktı kimi araşdırılır


Norveç polisi 2017
Norveç polisi 2017

Norveç polisi şənbə günü Osladakı məsciddə baş verən atışmanı terror aktı kimi araşdırır.

Əl-Nur İslam mərkəzində baş verən atışma nəticəsində 1 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, adı çəkilməyən şübhəli şəxs qatı sağçı və miqrantlara qarşıdır.

Onun 20 yaşı var və hazırda həbsdədir.

O, məscidə daxil olaraq atəş açmağa başlayıb, amma polis gələnədək ətrafan ötən adm tərəfindən zərərsizləşdirilib.

İnsident vaxtı məsciddə 3 nəfər varmış. Onlardan biri xəsarət alıb.

Qeyd edək ki, avqustun 11-i dünya müsəlmanları Qurban bayramını qeyd edir.

Qatı-sağçı Andrey Breyvikdə 2011-ci ildə Norveçdəki gənclər düşərgələrindən birində atəş açaraq 77 nəfəri qətlə yetirmişdi. Onların əksəriyyəti türklər idi.

Breyvik hazırda həbsdədir.

2019-cu ilin martında da Yeni Zelandiyada Brenton Tarrant adlı şəxs iki məsciddə atəş açaraq 51 nəfəri qətlə yetirib.

O da hazırda həbsdədir və hələlik hökm oxunmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG