Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:58

Ədəbiyyat üzrə Nobel Bob Dilana verildi


Bob Dylan
Bob Dylan

2016-c;ı ilin Ədəbiyyat üzrə Nobel mükafatı Amerikalı mahnı müəllifi, yazarı-bəstəkarı Bob Dilana verildi.

Mükafat ona "Amerikanın möhtəşəm mahnı ənənələri əsasında yeni poetik özünüifadə forması yaratdığına görə" verilib.

Bob Dilan (Robert Allen Tsimmerman) 1941-ci ildə yəhudi ailəsində doğulub.

Əsli Rusiyadandır.

1905-ci ildə - yəhudi talanlarından sonra ata babası və nənəsi Odessadan (o zaman Rusiya İmperiyasına aid idi) ABŞ-a köçüblər.

Bob Dilan rok musiqisində böyük nüfuz sahibi sayılır.

Onun siyasi məzmunlu «Blowin' in the Wind» və «The Times They Are a-Changin'» kimi mahnıları ABŞ-da mülki hüquqlar uğrunda hərəkatın himninə çevrilib.


Bob Dylan SSRİ-də konsert verən ilk qərbli musiqiçilərdən olub.

Həmin konsert 1985-ci ildə baş tutub.

Onun yaradıcılığının Boris Qrebenşikov və başqa sovet rokçularına böyük təsiri olub.

2008-ci ildə ""məxsusi poetik gücə malik lirik əsərləri ilə populyar musiqiyə və amerikan mədəniyyətinə böyük təsirinə görə" Pulitser mükafatı da verilmişdi.

Bob Dilan qaradərililərin hüquqları uğrunda keçrilən kütləvi aksiyada çıxış edir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG