Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:22

Ədəbiyyat üzrə 2018-ci il Nobel mükafatının təqdimatı üçün yeni akademiya yaradılıb


Foto arxiv
Foto arxiv

Stokholmda 2018-ci il ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı üçün yeni akademiya yaradılıb.

100-dən çox isveçli yazıçı,aktyor,jurnalist və digər mədəniyyət xadimləri,İsveç Akademiyasının bu il ədəbiyyat üzrə Nobel mükafatının təqdimatını təxirə salmasına cavab olaraq yeni akademiya yaradıblar.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, yeni akademiya bütün İsveç kitabxanaçılarını istənilən ölkədən Nobel mükafatına namizəd irəli sürməyə, bu prosesə qoşulmağa çağırıb.

Namizəd yazıçının azı 2 kitabı olmalı və onlardan biri son 10 ildə nəşr edilməlidir.

Qalib oktyabrda elan ediləcək, təqdimat mərasimi isə dekabrda olacaq.

Qeyd edək ki, 2018-ci ilin əvvəllərində İsveç Akademiyasında seksual qısnama ilə bağlı qalmaqal yarandığından, akademiya bu il ədəbiyyat üzrə Nobel mükafatının təqdimatını təxirə salıb.

Söhbət, akademiya üzvlərindən birinin əri, fotoqraf Jan Klod Arnodan gedir.

O, İsveç akademiyasının üzv şairə Katarina Frostensonun əridir.

İsveç akademiyasının katibi Sara Danius 2018-ci il aprelin 12-də istefa verdiyini bəyan edir.
İsveç akademiyasının katibi Sara Danius 2018-ci il aprelin 12-də istefa verdiyini bəyan edir.

Arnoya qarşı təxminn eyni vaxtda 18 cinsi qısnama ilə bağlı ittiham irəli sürüb.

Bu hadisədən sonra Katarina Frostenson da daxil olmaqla 3 nəfər akademiyanı tərk edib və münsiflər heyətində cəmi 11 nəfər qalıb.

Yeni akademiya öz mükafatının təqdimatına yaranmış vəziyyətə etiraz kimi baxır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG