Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

Niyazobada bələdiyyə seçkilərindən narazılıq var


Niyazobada narazılıq
Niyazobada narazılıq

Bu gün, dekabrın 24-də Xaçmaz rayonunun Niyazoba kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar dekabrın 23-də kənd üzrə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrindən narazılıq ediblər.

Sakinlərin iddialarına görə, bələdiyyə seçkilərində saxtakarlıq baş verib. Onların vurğulamasına görə, bülleten dolu qutular seçki məntəqəsindən kənara aparılıb, protokollar da məntəqələrdə doldurulmayıb.

Kənd bələdiyyəsinin binası önünə toplaşan 50 nəfər şəxs habelə vurğulayıb ki, onların seçdikləri 4 nəfərin adı seçilmiş sayılan şəxslərin siyahısına daxil edilməyib. Aksiya iştirakçıları onların kəndində bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb ediblər.

Komissiya sədri: «Deyilənlər əsassızdır»

Niyazoba kəndinin də daxil olduğu 56 saylı Xaçmaz kənd seçki dairəsinin sədri Zöhrab Səfərov isə deyir ki, seçkilər normal keçirilib: «Həm də onu deyim ki, seçki saxtakarlıqları ilə bağlı narazı qalan tərəf seçki dairəsinə rəsmi qaydada hər hansı müraciət ünvanlamayıb. Amma səsvermənin nəticələrinin dəyişdirilməsi, saxtakarlıqlara yol verilməsi ilə bağlı deyilənlər əsassızdır».

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Xatırlatma

Dünən dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG