Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:46

Niyə bəzi məşhurlar sosial medianı sevmir?


Kate Winslet sosial medianı "gənc qadının vaxt keçirməsi üçün ən ziyanlı yer" adlandırıb.
Kate Winslet sosial medianı "gənc qadının vaxt keçirməsi üçün ən ziyanlı yer" adlandırıb.

"Parks and Recreation" serialı ilə məşhurlaşan amerikalı komediya ustası Amy Poehler sosial medianı sevmədiyini, ondan uzaq gəzdiyini deyib. "Mən internetdə çox şey oxumamağa çalışıram, çünki hər dəfə nəsə hisslərimə toxunur. Hətta kimsə mənə xoş sözlər desə belə. … Instagram selfilərinin sayı tamamilə nəzarətdən çıxmış kimi görünür. Əvvəllər şəkillər real təcrübəyə əlavə sayılırdı. İndi bütün təcrübə şəkildən ibarətdir", – o, 2013-cü ildə "Paper" jurnalına müsahibəsində deyib.

"Business Insider" yazır ki, bununla yanaşı, Poehler-ə məxsus "Amy Poehler's Smart Girls" adlı qeyri-kommersiya cəmiyyətinin həm Twitter, həm də Instagram-da hesabları var.

Onun çoxdankı rəfiqəsi və tərəf müqabili Tina Fey də sosial mediadan uzaq durmağa çalışır. Fey bir dəfə "Entertainment Tonight" proqramına müsahibəsində yalnız döş gilələrini göstərməyə qadir olanda sosial mediaya qoşulacağını deyib. Həmkarlarından biri ondan niyə Instagram hesabı olmadığını soruşanda isə belə cavab verib: "Zarafatlarımı niyə pulsuz paylayım ki?".

"Öz işimə sərf edərdim"

Britaniyalı aktyor Benedict Cumberbatch-in sosial mediadan uzaq gəzməsinin səbəbləri isə fərqlidir. O, onlayn məkanda "fəlakət" yarada biləcəyini düşünür. "O məni istismar edəcək və mən onu bütövlükdə çox toksik sayıram. Mən ondansa enerjimi məni onların diqqət mərkəzinə gətirmiş şeylərə, yəni, öz işimə sərf edərdim", – o deyib.

Aktrisa Mila Kunis də sosial medianın mənfi tərəflərindən danışıb.

Kate Winslet sosial medianı "gənc qadının vaxt keçirməsi üçün ən ziyanlı yer" adlandırıb. O, 2017-ci ildə verdiyi müsahibədə sosial medianın reallıqda əlçatmaz olan "ideal" görünüş yaratdığını deyib.

Aktrisa Emma Stone da deyib ki, sosial mediada mükəmməllik istəyi çox şişirdilib.

Millenial sayılan 29-yaşlı Jennifer Lawrence internetin onu çox iyrəndirdiyini deyib. Ancaq o, ötən il heç nə paylaşmadığı, sadəcə, baş verənləri izlədiyi bir hesab açdığını etiraf edib.

Aktrisa Scarlett Johansson sosial medianı insanların yemək hazırlamaqları, yaxud gündəlik işləri haqda şəkillər paylaşdığı "çox qəribə fenomen" adlandırıb. "Davamlı olaraq gündəlik həyatımın detallarını paylaşmaqdan daha az nəyi istəyəcəyim ağlıma gəlmir. …Ondansa insanların mənim şəxsi həyatıma çıxışının daha az olmasını istərdim", – Johansson 2011-ci ildə deyib.

Valideynlərimiz kimi...

Yazıda deyilir ki, texnologiyaya gələndə bəzi ulduzlar elə bizim, yaxud ən azı bizim valideynlərimiz kimidir. 36-yaşlı Emily Blunt sosial media ilə bağlı "dinozavr kimi" olduğunu deyib.

Kristen Stewart sosial medianın cəmiyyətdə inanılmaz dərəcədə yayğın olduğunu qəbul etsə də, özünün ona vaxt sərf etmək istəmədiyini deyib. "Daha gözəl, məhsuldar, əla şeylər baş verə bilər. Biz bundan qat-qat gözəl işlər görə bilərik. Bu o qədər vaxt alır ki", – Stewart 2016-cı ildə CBS kanalına deyib.

George Clooney isə əyləncə sahəsində sosial mediada populyarlığın çox zaman istedadla bağlı olduğunu, lakin bu ikisinin yola getmədiyini deyib. Ancaq Clooney həm də hesab edir ki, sosial media adamı daha yaxşı məhsul ortaya qoymağa məcbur edə bilər.

Keira Knightley özünü sosial mediada sınayıb, ancaq çox tezliklə hesabını bağlayıb. Özünün dediyinə görə, onun Twitter hesabı cəmi 12 saat aktiv olub.

"Friends" serialından tanıdığımız Jennifer Aniston-sa daha öncə dəli olmamaq üçün sosial mediadan uzaq durduğunu demişdi. Ancaq o, 2019-cu ildə fikrini dəyişərək Instagram hesabı açıb. Özü də, onun bu hesabı o qədər populyar olub ki, Ginnesin dünya rekordlarına daxil edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG