Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Rusiyada çar II Nikolay və ailəsinin edamın ildönümü keçirilib


Rusiyada minlərlə zəvvar iyulun 16-dan 17-nə keçən gecə Uraldakı Yekaterinburq şəhərində çar II Nikolay və onun ailəsinin edam olunmasının 100-cü ildönümünü yürüşlə qeyd edib.

Rusiynın sonuncu çarı arvadı və beş övladı ilə birlikdə Yekaterinburqda bolşevik əsgərlər tərəfindən edam ediliblər. Bundan 18 ay əvvəl çar Nikolay taxt-tacdan imtina etmişdi.

Yüzillik mərasimi iyulun 16-da, Yekaterinburqda edam yerində tikilmiş “Qan üstündə Kilsədə” başlanıb.

Rusiya Pravoslav Kilsəsinin başçısı patriarx Kirillin başçılıq etdiyi yürüş iyulun 17-də səhər saatlarında çar ailəsi üzvlərinin basdırıldığı yerdə başa çatıb.

Kirill iyulun 17-də çar ailəsinin basdırıldığı yerdə keçirilən ibadətə başçılıq edib. Bu yürüşlə yanaşı xatirə mərasimləri Moskvada və Rusiyanın başqa şəhərlərində də keçirilib.

Bu mərasimlərdən az əvvəl Rusiya alimlərinin apardığı yeni araşdırma çar və onun ailə üzvlərinin sümüklərinin onlara aid olduğunu bir daha təsdiq etmişdi.

Belə bir araşdırmanın aparılmasını Rusiya Təhqiqat Komitəsi kilsənin ricası ilə aparmışdı.

Təhqiqatçılar bildiriblər ki, sümüklərin çar ailəsinə mənsubluğunu isbat etmək məqsədilə Nikolayın atası – çar III Aleksandr məzarından eksqumasiya edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG