Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:37

Futbol yığmasının sükanı Nikola Yurçeviçə tapşırılır


Nikola Jurcevic
Nikola Jurcevic

Bu gün, fevralın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Yığıncaqda qərara alınıb ki, Nikola Yurçeviç (Nikola Jurcevic) Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Yaxın günlərdə məşqçi ilə müqavilə imzalanacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Eyni zamanda Milan Obradoviç Azərbaycan U-21, Samir Əliyev Azərbaycan U-19, Miloş Velebit isə Azərbaycan U-15, U-16 yaş qruplarından ibarət milli komandalarının baş məşqçisi təyin olunub.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Beləliklə Nikola Yurçeviç “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdan sonra boş qalan postu tutmuş olacaq.

Qurban Qurbanov 2017-ci ildə 6 illik müqavilə ilə futbol üzrə Azərbaycan yığmasına gətirilmiş, bir il sonra isə onunla yollar ayrılmışdı. Həmin müddətdə Q.Qurbanov “Qarabağ” klubundaki yerini də tərk etməmişdi.

Bəs Nikola Yurçeviç kimdir?

Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildən Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında başlayıb.

O, 2005-ci ildə isə Avstriyanın “Austria” və Xorvatiyanın “Slaven Belupo” komandalarına rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006-2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “West Ham” kulublarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.

XS
SM
MD
LG