Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:19

'Ermənistanda biznesdə uğur vəzifəyə bağlıdır'


Nikol Pashinian

«Mən Yerevandan ötrü aşağıdakı prioritet məsələləri seçərdim: birincisi, ictimai nəqliyyat məsələsi, ikincisi, çoxmənzilli evlərin idarə olunması, üçüncüsü, şəhərin yaşıllaşdırılması, dördüncüsü də uşaq bağçaları».

Bu sözləri Yerevan şəhərinin meri vəzifəsinə namizədlərdən biri, «Yelk» (Çıxış yolu) siyasi blokunun üzvü Nikol Pashinian AzadlıqRadiosunun erməni xidmətinin keçirdiyi Facebook konfransında deyib.

«CADUGƏR OVU» MƏNTİQİ

Facebook istifadəçilərindən biri öz şərhində bildirib ki, cəmiyyətdə «Yelk» siyasi blokunun yalançı müxalifət olduğuna dair fikirlər dolaşmaqdadır. Pashinian bu şərhə cavab olaraq belə deyib: «Mənim Facebook postlarımı minlərlə adam izləyir. Minlərlə insanla yazışıram. Bu sualı verən şəxsi dəvət edirəm. Gəlsin, birlikdə Yerevanın küçələrində gəzək, haqqımızda bu fikirdə olan adamları mənə göstərsin».

Pashinian-a Yerevanın hazırkı meri Taron Markarian-ın Yerevanın hesabına varlanıb-varlanmaması haqda sual da verilib. Siyasətçi bu sualı belə cavablandırıb: «Məmurların vəzifədə olduqları müddətdə topladıqları əmlaka müəyyən diqqət ayrılmalıdır. Xüsusi qeyd etmək istəyirəm ki, məsələnin öyrənilməsi «cadugər ovu» məntiqi ilə baş verməməlidir. Həqiqətən də, aydınlaşdırmalıyıq ki, bütün həyatı boyu dövlət vəzifəsində olan və yalnız maaş alan məmurlar (Yerevan merinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa ixtiyarı yoxdur) buna necə nail ola biliblər. Necə olur ki, Ermənistanda uğurlu biznes qurmaqdan ötrü dövlət vəzifəsi ilə sıx bağlılıq lazımdır?»

Günün bütün mövzuları

XS
SM
MD
LG