Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Pashinian Azərbaycanın Kollektiv Təhlükəsizlik üçün 'təhlükəsindən' danışıb


Nikol Pashinian Bişkek sammitində
Nikol Pashinian Bişkek sammitində

Ermənistanın baş naziri Nikol Pashinian Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstan paytaxtında keçirilən sammitində Qarabağ münaqişəsindən söz açıb və bildirib ki, Azərbaycan rəhbərliyinin hazırda tutduğu mövqe təkcə Cənubi Qafqaz üçün yox, bütünlükdə KTMT ölkələri üçün təhlükəlidir.

Rusiyanın təşəbbüsü ilə yaradılmış bu təşkilata Ermənistandan başqa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Təşkilatın noyabrın 28-də keçirilən zirvə görüşündə Pashinian deyib:

“Düşünürəm ki, yeni eskalasiya təkcə Cənubi Qafqaz regionu üçün deyil, hətta onun xaricində də fəlakətli nəticələrə gətirib çıxara bilər. Müharibə şəraitində olan Azərbaycan Suriyada öz təsirini itirib yeni fəaliyyət meydanı axtaran İslam ekstremistləri üçün əlverişli tramplinə çevrilə bilər. Bu halda Azərbaycanın ərazisi ekstremistlərin öz fəaliyyətlərini cənub, şimal, qərb və şərq istiqəmətində yaymaları üçün əlverişli coğrafı platforma rolunu oynaya bilər”.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Pashinian bunu da deyib ki, onun fikrincə, “KTMT Dağlıq Qarabağ ətrafında hər hansı yeni eskalasiyanın qarşısı almaq üçün bütün imkanlara malikdir”.

Ermənistan baş nazir bildirib ki, məhz belə bir yeni eskalasiyanın yaranmaması naminə KTMT ölkələri Azərbaycanın yeni silahlar almaq üçün bütün müraciətlərini cavabslız qoymalıdırlar.

Nikol Pashinian konkret ad çəkməsə də Azərbaycanın Rusiya və Belarusdan silah aldığı məlumdur.

Bu sammitdə Pashinian habelə Belarusun nümayəndəsi Stanislav Zasın təşkilatın baş katibi kimi rolundan razılıq edib.

Azatutyun xatırladır ki, ötən il Ermənsitanda “məxməri inqilab” baş verəndə təşkilatın baş katibi rotasiya üzrə onun nümayəndəsi Yury Khachaturov idi. Lakin Ermənistanın yeni hökuməti onun barəsində cinayət işi açmış və Khachaturov-u geri çağırmışdı.

KTMT-nin noyabrın 28-də keçirilən sammitində təşkilatın sədrliyi Rusiyaya keçib.

Azatutyun yazır ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Robert Kocharian-la hələ də yaxşı münasibətlərinin olması Yerevanın Moskvaya münasibətində müəyyən sərinlik yaradıb.

Lakin Rusiya prezidentinin köməkçisi Yury Ushakov bildirib ki, “Moskva və Yerevan arasındakı məsələlər həll edilir”.

XS
SM
MD
LG