Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Nigar Yaqublu danışır: Seymur Həzi evlilik təklifini necə edib


Penitensiar Xidmət: "Nikah avqustun 2-də olacaq"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Penitensiar Xidmət: "Nigah sabah olacaq"

Nigar Yaqublu danışır: ASAN Xidmət nikah mərasimindən niyə imtina edir?
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00
Direct-ə keçid

ASAN xidmət Seymur Hezi ve Nigar Yaqublunun nigahını bağlamadı

4 saylı ASAN Xidmətdən müxalifət fəalı Nigar Yaqublu ilə həbsdə olan müxalifyönlü jurnalist Seymur Həzinin nikah mərasimindən imtina bir cüməlik məktubla bildirilib.

Nigar Yaqublunun deməsinə görə, ona təqdim edilən məktubda qeyd edilir ki, “səyyar nikah xidməti göstərilmir, bu 17 saylı cəza çəkmə müəssisəsində mümkün deyil”.

Xidmətin əməkdaşı qeyd edib ki, əgər məktubdan narazılıq varsa Ədliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Ancaq Ədliyyə Nazirliyinin mətbut xidmətindən Turan-ın sorgusuna cavab olaraq bildiriblər ki, səyyar nikah xidmətinin fəallliyyəti dayandırılmayıb.

Nikah avqustun 2-nə qaldı

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Seymur Həzi ilə Nigar Yaqublunun nikahı avqustun 2-nə təyin olunub. O əlavə edib ki, hər hansı əngəldən söhbət gedə bilməz:

"Penitensiar Xidmət nikahın baş tutmasına hər zaman şərait yaradıb. Cəzaçəkmə müəssisələrində hər ay onlarla məhbus nikaha girir. Onlar arasında ömürlük cəza çəkənlər də var. Bu nikah da bizim üçün adi nikahlardan biridir. Asan Xidmətlə bağlı məsələni mən cavablandıra bilmərəm. Amma Penitensiar Xidmətin rəsmisi olaraq deyə bilərəm ki, biz üzərimizə düşənləri tam yerinə yetiririk, bizə aidiyyatı olan məsələlərlə bağlı hər hansı əngəldən söhbət belə gedə bilməz".

HÜQUQŞÜNAS DEYİR Kİ...

«ASAN-Xidmət məmurları bilərəkdən Nigar Yaqublu ilə Seymur Həzi arasında nikah kəsilməsi prosesini pozurlar».

Bunu AzadlıqRadiosuna hüquqşünas Elman Fəttah bildirib.

Onun deməsinə görə, ASAN-Xidmətin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin məmurunu nikah mərasimindən ötrü həbsxanaya apara bilmirlər: «İki saatdır buradayıq, bir ay öncədən qanunauyğun şəkildə hər iki tərəf müraciət edib, vaxt, saat müəyyən edilib. İndi isə ASAN-Xidmətin nikah məmuru tək olduğunu, ofisdən çıxa bilmədiyini bəhanə edərək, öz verdikləri sözü yerinə yetirmək istəmirlər. Nikah məmuru sonra da deyir ki, Ədliyyə Nazirliyi bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırıb. Biz isə yazılı sənəd istəyirik, belə bir sənəd də təqdim edə bilmirlər».

Bu gün- avqustun 1-i saat 12-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikah mərasimi keçirilməli idi.

Nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutmalıdır.

Həm Nigar Yaqublu, həm də onun atası, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu keçmiş məhbuslardır .T.Yaqublu özü də AzadlıqRadiosuna baş verənləri bəhanə adlandırıb.

ASAN-Xidmətdən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG